Dünya çempionunun çantası polis bölməsinin həyətində oğurlandı + Video


  • 12:19 / 24 01 2022 |
  • Bölmə: Video / Hadisə


Qarışıq döyüş növləri (MMA) Azərbaycan idmançısı, dünya çempionu Gözəl Zutovanın Bakıda əl çantası oğurlanıb.

"Rupor" Bakupost.az-a istinadən xəbər verir ki, hadisə Baş Dövlət Yol Polisi İdarəsinin həyətində baş verib. Çantanın içərisində pul, sənədlər və  qızıl əşya olub. İdmançı xəbəri Bakupost.az-a təsdiqləyib.

Bildirib ki, idarəyə avtomobilini satmaq üçün gedib və belə bir hadisə ilə üzləşib: 
“Hadisə 07.01.2022-ci ildə, saat 3-4 arası baş verdi. Mən çantanı oğurlayan adamı gördüm. Yanımda uşaq var idi deyə, qaçıb tuta bilmədim. Amma dərhal idarənin əməkdaşlarına xəbər verdim və məni rəhbər şəxslər qəbul etdilər, bir yerdə kameralara baxdıq, adamı müəyyən etdik. Sonra həmin adamı tapdılar. Xahiş etdim ki, oğru ilə məni görüşdürsünlər, əşyalarımı özüm alım ondan. Amma təəssüf ki, bizi görüşdürmədilər. Sonra isə xəbər verdilər ki, həmin adam boynuna almayıb”.

İdmançı deyib ki, işi Binəqədi polisi araşdırır: “İşi göndəriblər Binəqədi Polis İdarəsinə. Amma xeyli müddət keçsə də, heç bir nəticə yoxdur. Əslində, hər şey aydındı, amma nədənsə oğru tutulmur”.

Dünya çempionu qeyd edib ki, məsələ ilə bağlı Daxili işlər naziri Vilayət Eyvazova müraciət edəcək.

Qeyd edək ki, Gözəl Zutova 1985-ci ildə Zaqatalada anadan olub. 2015-ci ildə Azərbaycanı I Avropa Oyunlarında təmsil edib.

O, qaydasız döyüş üzrə 3 dəfə dünya çempionu, 2 dəfə Avropa çempionu, 2012-ci ildə Yaponiyada keçirilən dünya kubokunun qalibi, dünya truirlərinin qalibi, dəfələrlə Azərbaycan çempionu olub.

Gözəl Zutovanın iki ay əvvəl əldə etdiyi uğurla hər bir azərbaycanlının fəxr etdiyi idmançıya çevrilib. Belə ki, o, İstanbulda keçirilən Yusif Fight Championship (YFC) turnirində Ermənistan təmsilçisi Nara Marqarosyanı cəmi 10 saniyəyə nokauta saldı.





Oxşar xəbərlər