Azyaşlıya narkotikdən istifadəni anası və əmisi məcbur edib - Video


  • 12:28 / 24 01 2022 |
  • Bölmə: Video / Hadisə


14 yaşlı yeniyetmə bu yaşda narkotik aludəçisinə çevrilib. Onu buna öz doğma anası və əmisi vadar edib. Zorla diləndirilən yeniyetmə 1 il əvvəl xəstəxanaya yerləşdirilb, çıxandan bir müddət sonra isə yenidən vərdiş etdiyi həyata dönüb. Daha doğrusu döndürülüb.

"Rupor"un məlumatına görə, bu faktlar İTV-nin hazırladığı süjetdə səsləndirilib. Bildirilib ki, hazırda Narkoloji Dispanserdə müalicə alan bu yeniyetmənin gələcəyi böyük sual altındadır. Çünki bədəni ilə yanaşı, onun beynini, düşüncələrini zəhərləyən ananın və əminin bundan sonra onunla necə rəftar edəcəyi bəlli deyil.

İTV-nin hazırladığı videomaterialı təqdim edirik:






Oxşar xəbərlər