Qeyri-etik görüntülərin Azərbaycan məktəbində çəkildiyi təsdiqini tapmayıb - Video


  • 14:44 / 25 01 2022 |
  • Bölmə: Video / Hadisə


Ötən gün sosial şəbəkələrdə məktəblərin birində şagirdlərin sinif otağında müəllimə qarşı qeyri-etik hərəkəti ilə bağlı görüntülər yayılıb. Sözügedən videoda şagirdlərdən biri ayaqlarını partanın üzərinə qoyur, digəri isə müəllimin arxasında dayanaraq portretlərlə lağlağı edir. Eyni zamanda, sinif otağındakı stulların üzərində kriminal avtoritetlərdən birinin adı yazılıb və oğru dünyasına aid simvollar çəkilib. Bu görüntülər ciddi müzakirələrə yol açıb və müəllimə qarşı hörmətsizlik kimi qiymətləndirilib.

"Rupor" Bakupost.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı Təhsil Nazirliyindən bildirilib ki, görüntülərin Azərbaycan məktəblərində olması təsdiqini tapmayıb: “Amma məsələ ilə bağlı Təhsil Nazirliyi tərəfindən araşdırma aparılır”.







Oxşar xəbərlər