Cahangir Məmmədli işğaldan sonra ilk dəfə doğma yurdunda - REAL TV film hazırladı + Video


  • 22:21 / 26 01 2022 |
  • Bölmə: Video / Hadisə / Bölgə


"Həyatımın ən xoşbəxt addımlarıdır. Bundan xoşbəxt nə ola bilər ki? Ağdama birinci dəfədir gəlirəm və ilk olaraq Allahın evinə dua etməyə gedirəm".

"Rupor" xəbər verir ki, bu sözləri Bakı Dövlət Universitetinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, professor, görkəmli jurnalist Cahangir Məmmədli işğaldan sonra ilk dəfə ziyarət etdiyi doğma yurdu Ağdamda deyib. 

Cahangir Məmmədlinin 80 yaşının tamam olması münasibətilə REAL TV-nin rəhbəri Mir Şahin Ağayev və "Qafqazinfo” xəbər portalının baş direktoru Elbrus Ərud görkəmli jurnalistlə birgə Ağdama gedib, professorun təəssüratlarını tamaşaçılara hədiyyə ediblər. 

Mir Şahin Ağayev hazırladığı 80 il Ağ Damın altında filmini təqdim edirik:  

Cahangir Məmmədli  1942-ci ildə Ağdam rayonunun Novruzlu kəndində anadan olub. 1968-ci ildə Azərbaycan  Dövlət Universitetinin - Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Həmin ildən Jurnalistika fakültəsində müəllimlik fəaliyyətinə başlayıb.








Oxşar xəbərlər