Daha bir məktəbdə şagirdlərdən özbaşınalıq - Video


  • 12:39 / 28 01 2022 |
  • Bölmə: Video / Hadisə


Azərbaycanda məktəblərin birində şagirdlər qeyri-etik hərəkətlər ediblər. 

"Rupor" Oxu.az-a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb. 

Şagirdlər dərs prosesi zamanı müəllimin qarşısında rəqs edib, partaları aşırıb və idman hərəkətləri ediblər.

Çəkilən görüntülərin hansı məktəbə aid olması məlum deyil.

Qeyd edək ki, bir neçə gün əvvəl Bakının Xətai rayonu, 165 saylı tam orta məktəbdə şagirdlərin sinif otağında tədris prosesinə uyğun olmayan davranışlar nümayiş etdiriblər.

Nəticədə dərsin təşkilində yol verdiyi nöqsanlara görə fənn müəlliminə töhmət verilib, məktəbin direktor müavinləri ilə bağlı tənbeh tədbirləri görülməsi üçün isə təqdimat verilib.







Oxşar xəbərlər