Ağır vəziyyətdə olan qazinin anasının kömək istəyir - Video


  • 14:42 / 18 02 2022 |
  • Bölmə: Video / Hadisə


Vətən müharibəsində yaralanan kiçik gizir Hüseyn Mustafayev hazırda huşsuz vəziyyətdədir və heç kimi tanımır. Uzun müddət Azərbaycanda və Türkiyədə müalicə olunsa da, səhhətində ciddi dəyişiklik baş verməyib. 

"Rupor" xəbər verir ki, bu barədə REAL TV-yə qazinin anası Yeganə Mustafayeva bildirib. 

Onun sözlərinə görə, oğlu 2012-ci ildən MAXE kimi Azərbaycan silahlı Qüvvələrində xidmət edir. Nümunəvi xidməti və yüksək fiziki hazırlığı ilə seçildiyi üçün müvafiq kursu bitirərək Xüsusi Təyinatlı Qüvvələrin tərkibinə daxil edilib. Bir sıra beynəlxalq hərbi təlimlərdə iştirak edib. 

Vətən müharibəsinin 2-ci günündə kəllə beyin travması alan H. Mustafayev xidmət etdiyi hərbi hissənin hospitalında müalicə alıb və döyüşə qatılıb.

Daha sonra Füzuli istiqamətində yaralansa da, yenə ön cəbhədə xidmətini davam etdirib. Şuşanın azadlığı uğrunda əməliyyatlarda fəal iştirak edib.

Minamyot mərmisindən partlaması nəticəsində aldığı zədədən sonra hospitala düşüb:
“Oğlum çiyin hissədən çoxlu zədə alıb. Qəlpənin biri bud nahiyəsində arterial damarı zədələyib. Silahlı Qüvvələrin Hərbi Hospitalına gətirilib. Noyabrın 1-dən dekabrın 4-dək orada müalicə alıb. Səhv diaqnozla ATU-nun Tədris Cərrahiyyə Xəstəxanasına göndərilib. 4 gün orada qaldıqdan sonra dekabrın 8-də əməliyyat edilib. Bu zaman kliniki ölüm keçirib. Ürəyini masajla oyadıblar. Bundan sonra isə komaya düşüb. 15 gündən sonra Hərbi Hospitala köçürülüb. 4 ay orada müalicə aldıqdan sonra Türkiyəyə göndərilib. Türkiyəyə gedəndə boynunu döndərə bilmirdi. 6 aylıq müalicədən sonra ancaq indiki vəziyyətə gətiriblər. Bütün mümkün müalicələri həyata keçiriblər. 

İstəyirəm dövlətim bu işə qarışsın. O qədər xaricdə qeyrətli oğul, qızlarımız var, onlardan həkim köməyi istəyirəm. İstəyirəm, heç olmasa, Hüseyn öz balasını tanısın. Oturaq vəziyyətə düşsün, əl işarələri verə bilsin. Mən də bilirəm əvvəlki vəziyyətə qayıtmağı  çətindir...” 


Həyatının 12 ilini hərbi xidmətdə keçirən qəhrəman döyüşü müharibədə göstərdiyi şücaətə görə “Vətən uğunda” medalı ilə təltif edilib.






Oxşar xəbərlər