Kəlbəcərdəki hərbi hissələrə işıq çəkilir - Video


  • 17:43 / 19 02 2022 |
  • Bölmə: Video / Hadisə / Bölgə


“Azərişıq” ASC Kəlbəcərdə yerləşən N saylı hərbi hissələri elektrik enerjisi ilə təchiz etməyə başlayıb.

"Rupor" xəbər verir ki, "Report"un bununla bağlı əldə etdiyi videokadrlardan səhmdar cəmiyyətijnin Kəlbəcər rayonundakı “Alagöllər” ərazisində qarlı və şaxtalı havada elektrik enerjisi xətlərinin çəkilişi ilə məşğul olduğu görünür.

Qurum əməkdaşları bildirir ki, hava şəraitinin qeyri-sabit olmasına baxmayaraq 35KV-luq xətlərin muftalanması (montajı) prosesi həyata keçirilir.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin elektrik enerjisi ilə təchizatı “Azərişıq Qarabağda” layihəsi çərçivəsində həyata keçirilir.





Oxşar xəbərlər