Bolqarıstanda azərbaycanlı güləşçilər arasında qalmaqal düşdü - Video


  • 12:10 / 21 02 2022 |
  • Bölmə: Video / İdman


Xəbər verdiyimiz kimi, Bolqarıstanda keçirilən güləş üzrə beynəlxalq turnirdə iki Azərbaycanlı güləşçi üz-üzə gəlib. 

"Rupor" xəbər verir ki, sərbəst növdə 74 kq çəki dərəcəsində həlledici qarşılaşmada Turan Bayramov Cəbrayıl Qadjiyevə rəqib olub. 

"Qafqazinfo"nun məlumatına görə, görüşdə qalmaqal yaşanıb. Azərbaycan yığmasının milliləşdirilmiş üzvü, əslən dağıstanlı olan Cəbrayıl Qadjiyev qarşılaşmanın gedişində Turan Bayramova bilərəkdən xəsarət yetirməyə çalışıb. 

O, barmağı ilə komanda yoldaşının gözünü əzib. Qaydalardan kənar bu hərəkət hakimlərin də gözündən yayınmayıb. Azarkeşlər Cəbrayıl Qadjiyevin bu hərəkətinə görə cəzalandırılmasını tələb edib. 







Oxşar xəbərlər