Kiyevdə azərbaycanlı diaspor fəalının ailəsindən təsirli görüntülər - Video


  • 12:01 / 01 03 2022 |
  • Bölmə: Video / Sosial


Kiyevdə sığınacaqda gizlənən azərbaycanlı ailənin görüntüləri marağa səbəb olub.

“Rupor" Musavat.com-a istinadən xəbər verir ki, videoda həyəcan siqnalı verildiyi vaxt diaspor fəalı Yalçın Qəhrəmanoğlunun həyat yoldaşı ilə rəqs etdiyi görünür.

Həmyerlimiz görüntülərdə “Raketlər uçur, amma biz təslim olmuruq, Ukraynaya eşq olsun” deyir. Bundan sonra onun sığınacaqda olan azyaşlı övladı “Qəhrəmanlara eşq olsun” deyir.

Qeyd edək ki, ötən gün Ukrayna paytaxtında bir neçə dəfə həyəcan siqnalı verilib. 






Oxşar xəbərlər