400 kiloqramlıq ştanqı qaldırmaq istədi, dizlərini sındırdı - Video


  • 23:20 / 14 08 2020 |
  • Bölmə: Video / İdman


"World Raw Powerlifting Federation" təşkilatı tərəfindən Rusiyanın paytaxtı Moskvada keçirilən Avropa çempionatında idmançı xəstəxanalıq olub.

"Rupor" Unikal.org-a istinadən xəbər verir ki, Rusiyalı Avropa çempionu Aleksandr Sedıx 400 kq çəkini qaldıran zaman dizləri təzyiqə tab gətirməyərək sınıb.

İdmançı dərhal xəstəxanaya çatdırılıb. Xəsarət alanın sözlərinə görə, o, iki ay yataq rejimində qalmalıdır.

Qeyd edək ki, ötən il 20 yaşlı Yaroslav Radoşkeviç Rusiyadakı Avrasiya çempionatında 250 kq çəkini qaldırarkən karyerasını sonlandıran zədə ilə üzləşmişdi. 





Oxşar xəbərlər