"Bakı Naxçıvandan nümunə götürməlidir" - Siyavuş Novruzov VİDEO


  • 16:30 / 19 05 2022 |
  • Bölmə: Video / Sosial / Hadisə


Bakı taksi xidmətinə görə Naxçıvandan nümunə götürməlidir.

"Rupor" xəbər verir ki, bunu Baku TV-də yayımlanan “Üzbəüz” verilişinə qonaq olan millət vəkili Siyavuş Novruzov deyib.

Deputat qeyd edib ki, Naxçıvanda taksi sürücülərinə ayda bir dəfə vəzifə borcları izah edilir, geyiminə, davranışlarına diqqət etməsi xatırladılır:

“Onlara hansı yollarda təmir gedəcəyi, hansının bağlı olduğu barədə məlumat verilir”.

Millət vəkili “bu sahədə rəqabət yaranmalıdır ki, qiymət aşağı, xidmət isə yüksək olsun”, - deyə Bakının taksi xidmətindəki xaotiklikdən danışarkən deyib.

Ətraflı videonu təqdim edirik:





Oxşar xəbərlər