Almaniyada qatar qəzası: 4 nəfər öldü, çox sayda yaralı var - VİDEO


  • 21:05 / 03 06 2022 |
  • Bölmə: Video / Dünya / Hadisə


Almaniyanın cənub-şərqindəki Bavariya əyalətində qatarın relsdən çıxıb.

"Rupor" xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Bildirilib ki, qəza nəticəsində azı 4 nəfər ölüb, 30-a yaxın şəxs yaralanıb.

İçərisində çoxlu tələbə olan qatar Münhenə gedərkən Garmiş-Partenkirxen yaxınlığında üç vaqon relsdən çıxıb.

Polis sözçüsü bildirib ki, qəzaya nəyin səbəb olduğu bəlli deyil.

Yerli medianın dərc etdiyi görüntülərdə yan üstə uzanan bir neçə əzilmiş qatar vaqonu görünür.

Garmisch-Partenkirçen yerli hakimiyyətinin rəsmisi əvvəlcə təxminən 60 nəfərin yaralandığı iddiasını irəli sürüb, lakin Almaniya federal polisinin sözçüsü Stefan Sonntag bu rəqəmin qatardakı sərnişinlərin sayına aid olduğunu söyləyib.





Oxşar xəbərlər