Bakıda yaraltı keçidi su basdı


  • 12:47 / 22 06 2022 |
  • Bölmə: Video


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “Qış parkı” ərazisində, Akademik Milli Dram Teatrının qarşısında yerləşən yeraltı piyada keçidinə su sızması ilə bağlı açıqlama verib. 

"Rupor" xəbər verir ki, Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Oxu.Az-a bildirib ki, qurumun balansına daxil olan piyada keçidində heç bir problem yoxdur:

“Həmin əraziyə su keçidin üzərində yerləşən parkdan sızır. Məsələ barədə aidiyyəti quruma məlumat verilib. Onlar əraziyə suyun haradan və necə sızdığını müəyyən etsinlər ki, problemin qarşısı birdəfəlik alınsın”.




Oxşar xəbərlər