Azərbaycanın amfibiya təyyarəsi Türkiyədə hərəkətə keçdi - VİDEO


  • 10:27 / 24 06 2022 |
  • Bölmə: Video / Hadisə


Fövqəladə Hallar Nazirliyinə (FHN) məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə yaxın saatlarda Türkiyənin Muğla bölgəsində meşə yanğınlarının söndürülməsi əməliyyatlarına başlayır.


"Rupor" xəbər verir ki, “BE-200ÇS” amfibiya tipli təyyarə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasındakı meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsi üçün qardaş ölkəyə köməklik məqsədilə yola salınıb.

“BE-200ÇS” amfibiya tipli təyyarə ötən gün Türkiyənin Muğla bölgəsinin Dalaman Hava Limanına çatıb.




Oxşar xəbərlər