Əlində balta metroda adamları hədələyən şəxs yenə təhlükəli video paylaşdı - VİDEO


  • 15:50 / 05 07 2022 |
  • Bölmə: Video / Hadisə
 

Bakı Metropolitenində əlində balta olduğu idda edilən şəxs yeni görüntülərini yayıb.

“Rupor” xəbər verir ki, o bu dəfə əlindəkini nümayiş etdirərək, onu balta olmadığını deyib.

Tik-Tok sosial şəbəkəsində canlı yayım açan həmin şəxs deyib: “Mən metroya əlimdəki bu çəkicimlə düşmüşdüm. Qaşın-gözün-üzün alan oğlancıqlara dəstək verməyin, ay yazıqlar. Əlimdəki balta deyil, çəkicdir.

Hazırda görüntülərdəki şəxsin müəyyən edilərək saxlanılması istiqamətində iş aparılır. Onun əslən Ucar rayonundan olduğu bildirilir
.
Qeyd edək ki, DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov saytımıza bildirib ki, video barədə xəbərdardırlar və müvafiq araşdırmalara başlanılıb













Oxşar xəbərlər