Suqovuşanda minalanmış ərazidə yanğın - VİDEO


  • 09:36 / 05 08 2022 |
  • Bölmə: Video / Hadisə / Bölgə


Tərtər rayonunun Suqovuşan qəsəbəsi ərazisində yanğın baş verib.

“Rupor” Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, dərhal hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının mina və partlamamış sursat təhlükəsi olan, quru ot və kol-kos ərazidə baş verdiyi məlum olub.

Yanğın qısa müddətdə söndürülüb. Hadisə nəticəsində quru ot və kol-kos sahəsi yanıb. Yanğının ətraf ərazilərə və avtomobil yollarına keçməsinin qarşısı alınıb.



Oxşar xəbərlər