Uşaqları "baqaj"a yığıb maşını idarə edən sürücü axtarılır - VİDEO


  • 11:45 / 12 08 2022 |
  • Bölmə: Video / Hadisə


Sosial şəbəkələrdə rayonların birində “VAZ” markalı minik avtomobilinin baqaj hissəsində bir neçə yeniyetmənin daşınmasını əks etdirən video yayılıb.

“Rupor” xəbər verir ki, yol hərəkəti qaydalarının kobud şəkildə pozulmasını nümayiş etdirən görüntülər müzakirələrə səbəb olub. 52 BF 776 dövlət qeydiyyat nişanlı “VAZ 21 011” markalı avtomobilin sürücüsünün bu addımı tənqidlə qarşılanıb.

Məsələ ilə bağlı ilkin araşdırmalar aparılıb və məlum olub ki, avtomobil Salyan rayonunda qeydiyyatda olsa da, bu rayonda idarə edilmir və hadisə tamamilə başqa ərazidə çəkilib. Hazırda görüntüdəki avtomobilin olduğu ərazinin müəyyən edilməsi və sürücü barəsində qanunamüvafiq tədbirin görülməsi istiqamətində iş aparılır.

[media=https://ok.ru/video/3937089751658]



Oxşar xəbərlər