İrəvandakı partlayışda yaralananların sayı 57-yə çatdı - Video - Fotolar - Yeniləndi-4


  • 20:30 / 14 08 2022 |
  • Bölmə: Video / Dünya / Hadisə


***
Ermənistan Fövqəladə Hallar Nazirliyi dağıntılar altından yanmış qadın cəsədi çıxarıb. Həmçinin dağıntılar altında qalmış 10 nəfər xilas edilib.
Bildirilib ki, partlayış zamanı xəsarət alanların sayı 57 nəfərə çatıb, 2 nəfər ölüb.




 










İrəvanda “Surmalu” Ticarət Mərkəzində yanğınla müşayiət olunan partlayış nəticəsində xəsarət alanların sayı 51 nəfərə çatıb, 1 nəfər həyatını itirib.

"Rupor'"un xəbərinə görə, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.

***

İrəvanın “Surmalu” ticarət mərkəzində baş verən partlayış zamanı 1 nəfər ölüb, daha 20 nəfər xəsarət alıb.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Sarkis Hovhannisyan, parlamentin spikeri Alen Simonyanın hadisə yerində olduğu qeyd edilib.

***

“Surmalu” ticarət mərkəzində baş verən partlayış nəticəsində xəsarət alan vətəndaşların sayı 30 nəfərə çatıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Hayk Kostanyan məlumat verib.

Onun sözlərinə görə, hazırda partlayış yerində yanğınsöndürmə və axtarış tədbirləri davam etdirilir, dağıntılar altında ölənlərin ola biləcəyi ehtimal edilir.

***

İrəvanda “Surmalu” ticarət mərkəzində partlayış baş verib.

"Rupor" xəbər verir ki,  bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Departamentin mətbuat katibi Hayk Kostanyan deyib ki,  partlayışdan sonra ticarət mərkəzində yanğın olub.



Oxşar xəbərlər