90 yaşlı kişiyə işgəncə ittihamı ilə video yayıldı


  • 14:16 / 23 09 2022 |
  • Bölmə: Video


Bakıda 90 yaşlı qadının iki nəfər tərəfindən işgəncəyə məruz qalması ilə bağlı məlumat yayılıb. 

"Rupor" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılır. İddiaya görə, video həmin qadının oğlu və gəlini tərəfindən çəkilib.

Kadrlardan görünür ki, qadın döşəməni silməyə məcbur edilir, soyuducudan götürdüyü əşyalarla bağlı ona kobud formada irad bildirilir. 

Bakının Buzovna qəsəbəsində lentə alındığı deyilən görüntülərlə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. Qurumun mətbuat xidmətindən saytımıza bildirildi ki, həmin video ilə əlaqədar artıq araşdırmalara başlanıb. Araşdırmaların nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək. 











Oxşar xəbərlər