Bakıda daha bir avtobus yandı? - Rəsmi açıqlama


  • 22:59 / 16 09 2020 |
  • Bölmə: Video / Hadisə


"Bu gün axşam saat 22:00 radələrində Bülbül prospekti 1-5 ünvanında 14 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişin avtobusunun yanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir". 

"Rupor" xəbər verir ki, bu sözləri Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev öz "Feysbuk" səhifəsində yazıb. 

Mais Ağayevin sözlərinə görə, təqdim olunan foto və videogörüntülərdən də aydın olur ki, yanğın hadisəsi olmayıb: 

"Avtobusda kiçik texniki nasazlıq yaranıb və mobil texniki xidmət qrupunun müdaxiləsilə nasazlıq qısa vaxtda aradan qaldırılıb. Daha sonra avtobus depoya yola salınıb".


 



Oxşar xəbərlər