Xocalıda İtkin düşən 16 yaşlı Cavan Orucovun anasından ürək dağlayan sözlər - Video


  • 14:01 / 30 11 2020 |
  • Bölmə: Video / Sosial



Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla bağlı növbəti videoçarxı təqdim edib.
"Rupor" xəbər verir ki, icmadan yayılan məlumata görə, bu dəfə 1992-ci il 26 fevral tarixində Xocalı soyqırımı zamanı itkin düşmüş 16 yaşlı Orucov Cavan Canan oğlunun nakam həyatından bəhs olunur.
Süjetdə qeyd olunur: “Ötən əsrin 90-cı illərində baş vermiş Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində yüzlərlə qardaş və bacımız düşmənə əsir düşdü. Təəssüflər olsun ki, keçən müddət ərzində 4 minə yaxın əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarımızla bağlı Ermənistan tərəfi Azərbaycana heç bir məlumat təqdim etmədi”. 





Oxşar xəbərlər