Yeni Azərbaycan Partiyası Azərbaycan siyasi sisteminin nüvəsi kimi


  • 20:45 / 06 03 2021 |
  • Bölmə: Xəbərlər


Ümumiyyətlə siyasi sistem elə bir şeydir ki, o donub qalmır, öz bütün təsisatları ilə  daima inkişaf edir. Siyasi sistemin əsas təsisatlarından biri də siyasi partiyalardır. Siyasi partiyalar ona görə əsas təsisatdır ki, siyasi sistemin daxilində güclü siyasi çəkiyə malik,  oturuşmuş ideoloji bazisə malik partiyaların çox olması mövcud cəmiyyəti təsadüfi siyasi qüvvələrin zərərli təsirlərdən-hərcmərclikdən qoruyur. Hər bir cəmiyətdə bu fumksiyanı yerinə yetirə bilən əsas siyasi güc mövcuddur. Daha doğrusu, tarixi və ya mövcud şarait özü bunu labüd edir. 

Hamıya gün kimi aydındır ki, Azərbaycan siyasi sistemində bu funksiyanı tarixi zərurətin məhsulu kimi yaranan Yeni Asərbaycan Partiyası yerinə yetirir.Birincisi ona görə ki, yarandığı qarışıqlıq dövrdə parçalanmış cəmiyyəti bir bayraq altında birləşdirə bilən yeganə güc məhz YAP olub. Bu partiyanın yaranması nəinki həmin dövrdə vətəndaş müharibəsinə səbəb olacaq dərəcədə olan siyasi parçalanmaya, hətta milli-etnik parçalanmaya da son qoya bilib. İkincisi ona görə ki, Yeni Azərbaycan Partiyası 90-cı illərdə ifrat etnik-millətçilik ideologiyası ilə qısamüddətli divident qazanan, sonra bunun bizim coğragiyada uğursuz olduğunu görüb “liberal dəyərlər” eşqi ilə qərbin qucağına atılan bəzi partiyalardan fərqli olaraq yarandığı gündən eyni yolu seçib və heç bir xarici təsirə məruz qalmayıb. Bu isə istər cəmiyyət tərəfindən, istərsə də normal düşünən partiya rəhbərləri tərəfindən açıq hiss olunur. Məhz bu səbəbdən də bəzi partiyalar mərkəzləşməni və xalqın rifahı üçün birgə çalışmağı seçir. Bir neçə partiyanın yekdilliklə YAP-a qoşulması da bu partiyaların YAP-ın əsas güc olduğunu başa düşməsindən irəli gəlir və tədqirəlayiq addımdır ki bu partiyalar bəzi qrantla yaşayan oyuncaq partiyalar kimi mövcud olmağı yox, inkişaf üçün birləşməyi seçiblər.  Bu dünya təcrübəsində də görünən haldır. Dünyada ən çox tanınmış sosioloqlar, siyasətçilər mərkəzləşmənin inkişaf üçün xeyirli olduğunu düşünüb. Fransız sosial psixoloqo Gustav Le Bon bu haqda danışarkəm deyir: “Fransada bizim müxtəlif cür adlandırdığımız siyasi partiyalar əslində eyni məqsədə xidmət edir. Mərkəzləşmə və şəxsi təşəbbüslərin aradan qalxması dövlətin xeyrinədir”. Buna aif kifayət qədər misal göstərmək olar. İndinin özündə oturuşmuş siyasi sistemə malik ölkələrdə kiçik siyasi partiyaların böyük partiyalarla ya blok formalı birləşməsini, ya da birbaşa birləşməsini görmək mümkündür. Hər iki birləşmənin mahiyyəti demək olar ki eynidir. Ona görə də bu birləşmə çoxpartiyalı sistem üçün yad bir prosses deyil.  
 
Eyni zamanda Yeni Azərbaycan Partiyasının 5 mart 2021-ci il tarixində keçirilən qurultayı da siyasi fikir tariximizdə yeni mərhələnin başlanğıcı deməkdir. Qurultayda partiyanın idarəetmə strukturunun dəyişilməsi, partiyanın ali seçkili orqanı kimi yeni İdarə Heyyətinin tərkibinin seçilməsi bunu deməyə imkan verir.  İdarə Heyyətinə  ölkənin tanınmış ziyalılarının, həqiqi elm xadimlərinin və müstəqil fikirli, intellektual gənc siyasətçilərin seçilməsi bunun sübutudur. Bu qurultaytaydan sonra daha da qətiyyətlə demək olar ki siyasi sistemimiz yeni struktur elementləri ilə tamdır və YAP yeni reallıqda yeni keyfiyyətlə fəaliyyətini davam edəcək. Qurultay haqqında xüsusi vurğulanası məqam da ondan ibarətdir ki, partiyamızın sədri, cənab prezident İlham Əliyev yeni yaranmış İdarə Heyyətinə üç ay müddətində yeni fəaliyyət proqramı hazırlamağı tövsiyyə edib. Cənab prezidentin bu proqramın  konseptual əsasları haqqında danışarkən əsas istiqamətlərdən biri kimi gənclər və onların fəaliyyəti haqqında fikirləri intellektual, vətənpərvər Azərbaycan gəncliyi üçün yeni yolun yaranması deməkdir.

Bütün bunları nəzərə alıb əmin oluruq ki, YAP ölkədə ən böyük siyasi gücdür, dövrün tələbinə cavab verə bilən yeganə siyasi partiyadır və siyasi elitamızın böyük bir hissəsi məhz Yeni Azərbaycan Partiyası ətrafında birləşib. Bizi güclü edən də budur! 

Babazadə Əli
YAP GB-nin üzvü






Oxşar xəbərlər