Aqrar Universiteti və Kazan Akademiyası arasında müqavilə imzalandı


  • 17:50 / 12 04 2021 |
  • Bölmə: Xəbərlər


Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Kazan Dövlət Baytarlıq Akademiyası (KDBA) arasında keçirilən onlayn görüşdə baytarlıq sahəsində kadr hazırlığı və elmi-tədqiqat işlərinin yerinə yetirilməsində əməkdaşlıq üzrə ikitərəfli əməkdaşlıq müqaviləsi imzalanıb. 

"Rupor" xəbər verir ki, görüşdə ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edərək, ADAU-nun maddi-texniki bazası, beynəlxalq əlaqələri və ikili diplom proqramları ilə bağlı iştirakçılara məlumat verib. Qeyd olunub ki, ikitərəfli əməkdaşlıq sahəsində imzalanmış müqavilə əsasında baytarlıq təhsili və elmi sahəsində universitetlərarası əlaqələr daha da inkişaf edəcəkdir.

Sonra Kazan Dövlət Baytarlıq Akademiyasının rektoru, professor Rustəm Xametoviç Ravilov qarşılıqlı əməkdaşlıqdan məmnun olduğunu və imzalanmış müqavilənin vacibliyini vurğulayıb. 

Tədbirdə əlaqələrin qurulması üzrə koordinatorlar K.Məmmədova, Q.İ.Fayziyeva, ADAU-nun tədris işləri üzrə prorektoru, dosent A.Hətəmov, KDBA-nın tədris-tərbiyə işləri üzrə prorektoru, Ə.X.Volkov, ADAU-nun Baytarlıq təbabəti fakültəsinin dekanı, professor F.Nəsibov, Kazan Dövlət Baytarlıq Akademiyasının Baytarlıq fakültəsinin dekanı, baytarlıq üzrə elmlər doktoru D.N.Minqaleev və həmin fakültələrin əməkdaşları  iştirak ediblər.
Rektorlar ikitərəfli əməkdaşlıq müqaviləsi çərçivəsində həyata keçiriləcək tədbirlərin bütövlükdə Kazan Dövlət Baytarlıq Akademiyası ilə ADAU arasında əməkdaşlıq əlaqələrinin daha da genişlənməsinə, baytarlıq sahəsində kadr hazırlığına və elmi-tədqiqat işlərinin yerinə yetirilməsinə töhfələr verəcəyini qeyd ediblər.





Oxşar xəbərlər