3500 nəfər özünüməşğulluq proqramına cəlb edildi


  • 15:13 / 13 04 2021 |
  • Bölmə: Xəbərlər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin birinci rübündə 35 minədək işsiz və işaxtaran şəxs aktiv məşğulluq tədbiri ilə əhatə olunub. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən "Rupor"a verilən məlumata görə, onlardan 31,3 mini münasib işlərlə təmin edilib. 3500-dək şəxs kiçik bizneslərini yaratmaları üçün özünüməşğulluq proqramına cəlb olunub. 



Oxşar xəbərlər