Faciə səbəbindən ölən müğənni dəfn olundu


  • 19:28 / 04 05 2021 |
  • Bölmə: Xəbərlər


Bu gün yol qəzasında ölən müğənni Aslan Hüseynov Gəncədə dəfn olunub.

"Rupor"un xəbərinə görə, mərhum Gəncədə anasının məzarının yanında torpağa tapşırılıb.
A.Hüseynovun anası aprelin 26-da dünyasını dəyişib. 

Qeyd edək ki, bu gün Bakı-Qazax yolunda 99 HF 789 dövlət nömrə nişanlı, BMW markalı minik avtomobili ilə “KamAZ" markalı yük maşınının toqquşması nəticəsində BMW-ni idarə edən müğənni Aslan Hüseynov aldığı xəsarətdən dünyasını dəyişib.



Oxşar xəbərlər