Ümummilli Liderin vəfatının 98-ci il dönümünə həsr edilən anım tədbiri keçirildi


  • 17:22 / 08 05 2021 |
  • Bölmə: Xəbərlər


8 may 2021-ci il tarixində Azərbaycan Diasporuna Dəstək Fondu tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbir Fondun icracı direktoru Əkrəm Abdullayevin açılış nitqi ilə başlamış Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
 
Tədbir zamanı Fondun gənc kollektivinə Ulu Öndər Heydər Əliyevin şərəfli ömür yolu və zəngin fəaliyyəti haqqında məlumat verən icraçı direktorun müavini Şahin Camalov, diaspor fəaliyyətinin məhz bu tarixi şəxsiyyətin ölkəyə rəhbərliyi   dövründə  qurulduğuna diqqət çəkib. Ümummilli lider Heydər Əliyev dünya azərbaycanlılarının müstəqil dövlətimiz və vahid məqsəd ətrafında birləşdirilməsi ideyasının müəllifidir. Xaricdə yaşayan soydaşlarımızın tarixi Vətənə bağlılığını təmin edən azərbaycançılıq ideologiyasının müəyyənləşdirilməsi də ulu öndərin tarixi xidmətləri sırasına daxildir. O bildirib ki, Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursu bu gün onun layiqli varisi, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz Prezident İlham Əliyevin xüsusi diqqəti və qayğısı sayəsində dünyanın bütün ölkələrindəki Azərbaycan diasporu çox mütəşəkkil birləşib və onların fəaliyyət dairəsi daha da genişlənib.



 
 



Oxşar xəbərlər