
Azərbaycan – Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində iyulun 12-də Ermənistanın atəşkəsi pozmasından bir neçə gün sonra Rusiyadan Ermənistana silah daşınması başlanıb. Və bu hələ də davam edir. Bu silahlar təyyarə ilə daşınır. Gürcüstan tərəfi silahları onun hava sərhəddində daşınmasına icazə verməyib. Silahlar Azərbaycanla yaxın siyasi və iqtisadi münasibətləri olmasına baxmayaraq Qazaxıstan və Türmənistanın hava sərhəddindən daşınıb.
Hətta Rusiya Ermənistana satdığı silahları dünya bazarı qiymətinə deyil, daxili bazar qiymətinə satır. Və bu da Ermənistana çox ucuz başa gəlir.
Rusiyadan Ermənistana satılan silahlar içərisində radio elektron mübarizə vasitələri də daxildir. Bu texnika ilə hədəf ölkənin radio danışıqlarını söndürmək, dinləmək və pilotsuz döyüş aparatlarına qarşı istifadə etmək mümkündür.
2020-ci il avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federsiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib. Prezident İlham Əliyev Prezident Vladimir Putinə 12-16 iyul tarixlərində Azərbaycan Dövlət sərhədlərinin Tovuz rayonu istiqamətində Ermənistan Respublikasının törətdiyi təxribat barədə məlumat verib. Dövlətimizin başçısı Ermənistanın növbəti təcavüz aktı nəticəsində Azərbaycan Respublikasının silahlı qüvvələrinin hərbi qulluqçularının və bir nəfər mülki şəxsin həlak olduğunu xüsusilə vurğulayıb.
Prezident İlham Əliyev Ermənistan silahlı qüvvələrinin sərhəd boyunca Azərbaycan kənlərini və yaşayış məntəqələrinin artileriya atəşinə tutması nəticəsində bir çox dinc sakinlərin evlərinin dağıldığını və yararsız hala düşdüyünü bildirib.
Cənab prezident İlham Əliyev Ermənistanın bu hərbi hücumunun əsas məqsədinin üçüncü tərəfləri Ermənistan –Azərbaycan münaqişəsinə cəlb etmək olduğunu qeyd edib.
Cənab prezident İlham Əliyev Rusiya Federasiyasının prezidenti Vladimir Putinin diqqətinə çatdırıb ki, Ermənistan Azərbaycan sərhəddində baş vermiş toqquşmaları başa çatdıqdan sonra iyul ayının 17-dən bugünə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter alması Azərbaycan ictimaiyyətində narazılıq yaradadıb. Və bu narazılıqların ciddi suallar doğurduğunu Rusiya prezidentinin diqqətinə cənab prezidentimiz xüsusilə çatdırıb.
Əlavə olaraq cənab prezident bildirib ki, Ermənistan Azərbaycan sərhədində baş vermiş hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanlarından istifadə edərək bugünə qədər Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğunu bildirib. Və telefon zənginin əsas məqsədi olaraq dövlət başçımız Rusiya prezidentindən bu məsələnin aydınlaşdırılmasını xahiş etmişdir.
Eləcə də 2020-ci il 7 avqustda Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edərək, iyul ayında Ermənistan –Azərbaycan sərhəddində Ermənistanın təxribatı nəticəsində baş vermiş hadisələr zamanı Ermənistan tərəfinin Serbiyda istehsal olunan silahlardan istifadə etməsindən təəssüf hissi keçirdiyini bildirib və vəziyyətin araşdırılması ilə bağlı yaxın Azərbaycana Serbiyanın yüksək səviyyəli nümayəndə heyəti göndərilib.
Tovuz döyüşlərində Azərbaycan əsgəri, Azərbaycan zabiti, Azərbaycan generalı öz qəhrəmanlıqları ilə, öz həyatları qurban verərək Azərbaycan torpaqlarına erməni işğalçılarının girməyəcəklərini bir daha sübut edib. Azərbaycanın Şanlı Ordusu bir daha sübut etmişdir ki, hər an ordumuz düşmənə layiqli cavab verərək öz torpaqlarını bütövlüyünü qorumağa qadirdir. Və ordumuz hər zaman Ali Baş Komandanımız İlham Əliyevin əmri ilə istənilən çətinliyin öhdəsindən gəlməyə, Qarabağ torpaqlarını hər an düşməndən azad etməyə hazırdır. Və bir zabit kimi hiss edirəm ki, Azərbaycan ordusu buna qadirdir.
Ehtiyatda olan bütün zabit heyəti mən özüm də başda olmaqla hər an Azərbaycanın işğal olunmuş torpaqlarının geri qaytarılmasına Ali Baş Komandanın əmrini gözləyir və onun əmrinə tabe olan zabit kimi hər zaman buna hazırıq. Azərbaycan Prezidentinin müdrik siyasəti nəticəsində inanıram ki, torpaqlarımız düşməndən azad olunacaq.
Nəsimi rayon sakini,
ehtiyatda olan zabit
Çingiz Dadaşov
