“Vikipediya Şuşanı Sevir” layihəsi çərçivəsində təlimlər keçirilib - Foto


  • 17:58 / 21 09 2022 |
  • Bölmə: Xəbərlər


Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa ili”nə həsr olunmuş xüsusi müsabiqəsinin qalibi olan “Azərbaycan Vikimedia Könüllüləri” İctimai Birliyinin “Vikipediya Şuşanı Sevir” layihəsi çərçivəsində 16-17 sentyabr tarixlərində Sumqayıt və Bakı şəhərlərində mədəniyyət işçiləri üçün Vikipediya təlimləri keçirilib.

"Rupor" xəbər verir ki, “Azərbaycan Vikimedia Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyində olan mədəniyyət müəssisələrinin, o cümlədən Şuşa şəhərinin mədəniyyət müəssisələrinin əməkdaşları iştirak ediblər

Ümumilikdə, 30 nəfərin iştirak etdiyi təlimlərdə iştirakçılara Vikipediya onlayn ensiklopediyası və Azərbaycandilli Vikipediya barədə ümumi məlumatlar, bundan əlavə Vikipediyada qeydiyyatdan keçmə, məqalə yaratma, redaktə etmə və fayl yükləmə barədə məlumatlar verilmiş, informasiyanın geniş kütlələrə çatdırılmasında Vikipediyanın rolu barədə məlumat verilmişdir. İştirakçılara onların təlimlərdə iştirakını təsdiq edən müvafiq sertifikat verilib. 


 
 




Oxşar xəbərlər