BDU könüllüləri sahilyanı təmizlik aksiyasında iştirak ediblər - Fotolar


  • 16:26 / 26 09 2022 |
  • Bölmə: Xəbərlər


Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin könüllüləri Beynəlxalq Sahilyanı Təmizlik Günü ilə əlaqədar IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Gənclər Fondu və “Təmiz Şəhər” ASC-nin birgə təşkilatçılığı ilə keçirilən ənənəvi sahilyanı təmizlik aksiyasında iştirak ediblər. 

Tədbir zamanı zəruri sanitar ləvazimatlarla təchiz olunmuş aksiya iştirakçıları çimərliklərdən xeyli tullantı toplayıb və çeşidləyiblər. Tullantıların toplanması prosesini daha effektiv təşkil etmək məqsədilə əraziyə xüsusi texnika da cəlb olunub. Daha sonra bütün tullantılar Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavoduna təhvil verilib.

Tədbirin əsas məqsədi sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və bütün gəncləri dənizətrafı mühitin mühafizəsi uğrunda mübarizəyə cəlb etməkdir. 





Oxşar xəbərlər