Pis vərdişlərdən xilas olmağın yollar - QHT layihəsi


  • 09:29 / 29 09 2022 |
  • Bölmə: Xəbərlər


“Ekoloq” Ətraf Mühitin Qorunmasına Yardım İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Gənclər üçün narkomaniyaya və tütünə  yox deyək!”  maarifləndirmə kompaniyalarının aparılması”layihəsinə start verilib.

Təşkilatdan "Rupor"a verilən məlumara görə, tədbrdə bildirilib ki, müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaranı narkomaniya və tütün aludəçiliyidir. Narkomaniya və tütün təkcə insanların sağlamlığına, mənəviyyatına deyil, həm də iqtisadi durumuna ciddi zərbə vurur. Cinayətkarlığın artmasına və mütəşəkkilləşməsinə yol açır.

Dünyada milyonlarla, ölkəmizdə minlərlə insan (xüsusilə gənclər) bu bəladan əziyyət çəkir. Təbii ki, belə inkişaf sürəti yaxın gələcəkdə ictimai faciəyə gətirib çıxara bilər. Ən acınacaqlısı da budur ki, gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik halları yüksələn xətlə artmağa doğru gedir.Baxmayaraq son illərdə ölkəmizin güc strukturları,xüsusilə DİN tərəfindən narkomaniyaya qarşı ciddi tədbirlər görülür.Lakin təəssüflə qeyd etməlikik ki, problem ölkəmizdə də genişlənir və narkomaniya ilə mübarizə dövlətimizlə yanaşı vətəndaş cəmiyyəti institutlarının əsas prioritet vəzifələrindən biri olmalıdır.

Bu məqsədlə “Ekoloq” Ətraf Mühitin Qorunmasına Yardım İctimai Birliyi regionlarda olan gənc və yeniyetmələr arasında, təhsil işçiləri, məktəblilər və tələbələr arasında narkotiklərin və tütün məmulatlarının insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, erkən müalicənin labüdlüyü, həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə təbliğat təşviqat kampaniyalarına və təlimlərə start vermişdir.Layihənin icrası zamanı əsas vəzifəmiz bu layihədə nəzərdə tutulan “Narkomaniyaya yox deyək!” təbliğat kompaniyasının regionlarda təşkilinə nail olmaq,gənclər və yeniyetmələr arasında dinləmələr keçirmək və həkim psixoloqların iştirakı ilə  mühazirələr   təşkil etməklə problemi minumuma endirməkdir.

Təlimlər və monitorinqlər Füzuli,Beyləqəan,İmişli,Biləsuvar və Şirvan rayonlarında aparılacaqdır.





Oxşar xəbərlər