“İngilis dilini öyrən – sıfırdan sonsuzadək” mövzusunda təlim keçirildi


  • 13:19 / 24 11 2022 |
  • Bölmə: Xəbərlər


Bakı Dövlət Universitetinin (BDU) SABAH Mərkəzinin təşkilatçılığı ilə “İngilis dilini öyrən
– sıfırdan sonsuzadək” mövzunda təlim keçirilib.

"Rupor" xəbər verir ki, ABŞ-ın Corc Vaşinqton Universitetinin magistrantı, ingilis dili mütəxəssisi Abdulxaliq
Məmmədli tərəfindən keçirilən təlimdə SABAH qruplarının müxtəlif ixtisaslarında təhsil
alan tələbələrə ingilis dilinin öyrənilməsi üçün ən effektiv metodlar, düzgün yanaşma,
öyrənmə strategiyası və müxtəlif faydalı məlumat bazaları haqqında ətraflı məlumat
verilib.

Məruzəçi xarici dil öyrənməklə bağlı öz şəxsi təcrübələrini və nəzəri məlumatları
bölüşüb.

İnteraktiv şəraitdə keçən təlimin sonunda tələbələrin sualları cavablandırılıb.



Oxşar xəbərlər