Ali Baş Komandan cənab İlham Əliyev, xalq Sizinlədir!


  • 14:58 / 29 09 2020 |
  • Bölmə: Xəbərlər
On milyonluq Azərbaycan xalqının övladları olaraq 50 siyasi partiya Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında səfərbər olmuşuq. Sentyabrın 27-də Ermənistan təmas xətti boyunca Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və yaşayış məntəqələrimizi ağır artilleriyadan atəşə tutub və bunun nəticəsində mülki şəxslərimiz və hərbi qulluqçularımız həlak olmuşlar. Azərbaycan tərəfi özünümüdafiə məqsədilə uğurlu əkshücum əməliyyatlarına başlamışdır. 

Beləliklə,30 ilə yaxın səbr edən , danışıqlar masasında birtərəfli şəkildə verilən vədlərə əməl edən ,atəşkəsi birtəfli şəkildə pozmayan Azərbaycanın səbr kasası artıq dolub daşmışdır. Ermənistanın növbəti hərbi təxribatının qarşısını alan Azərbaycan Ordusunun bütün cəbhə boyu əksəməliyyata başlaması bütün xalqımızın dərin sevincinə səbəb olmuş, hər bir vətəndaşı qürurlandırmışdır.Çünki bu haqq,ədalət gününü xalqımız 30 ilə yaxındır ki,böyük səbirsizliklə gözləyir.Çünki şəhidlərimizin narahat ruhuna söz vermişik.Çünki viran qalan yurd yerlərimizdə ata-analarımızın dağıdılmış qəbirləri qarşısında özümüzü günahkar hiss edirik.Çünki şəhid generalımızın anası başda olmaqla bütün şəhid ailələrinə and borcumuz var. 

Torpaqlarımızın azadlığı uğrunda bütün cəbhə boyu əkshücumların başlanması həm Azərbaycan xalqının həmrəyliyini,həm də siyasi baxışlarından asılı olmayaraq ,dövlətçilik və milli maraqları əsas rəhbər tutan bütün partiyaların Azərbaycan Respublikasının Prezidenti,Ali Baş Komandan cənab İlham Əliyev ətrafında sıx birləşdiyini göstərir.Hər birimiz kimliyindən ,siyasi əqidəsindən asılı olmayaraq azərbaycanlı olduğumuzu,vətən yolunda hər cür fədakarlığa hazır olduğumuzu dərk edir və nümayiş etdiririk. 
Elə bu məqsədlə 50 siyasi partiya sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair birgə bəyanat vermişdir.

Dünyada sülhün keşiyində duran və yaradılmasının 75 illiyi qeyd edilən BMT-nin yubilieyi ilə bağlı Baş Assambleyasının keçirildiyi bir zamanda Ermənistan müharibə təxribatına əl atdı.Bu bütün dünyaya meydan oxumaq deməkdir. Bütün dünyada sülhə ,insanlığa xəyanətdir. Belə olan təqdirdə Azərbaycan Ordusu, qəhrəman əsgərlərimiz düşmənə cavab olaraq ağır və sarsıdıcı zərbələr endirirlər.Məğrur xalqımız dövlətlə ,ordu ilə həmrəylik nümayiş etdirərək ,könüllü şəkildə cəbhəyə yazılır.Bu isə o deməkdir ki,artıq torpaqlarımızı azad etmək zamanıdır və bu yolda bir addım belə geri çəkilmək olmaz.Artıq bu savaş vətən,namus savaşıdır.Ortada vətən varsa digər məsələlər kənara qoyulmalıdır və qoyulur da.Ona görə də 50 siyasi partiyanın hamısı birlik olub Pezident İlham Əliyevi dəstəkləyir və Ali Baş komandan kimi onun hər bir əmrinə tabe olmağa hazırdır.

 Bizim üçün mühüm əhəmiyyət kəsb edən qardaş Türkiyənin münasibətinə gəldikdə isə onun reaksiyasının necə olacağı əvvəlcədən məlum idi.Ona görə də biz qardaş türk xalqına , onun cəsur lideri R.T.Ərdoğana və bütövlükdə tük hökumətinə son dərəcə minnətdarıq.Həmçinim qardaş Pakistan Respublikasına nümayiş etdirdiyi ədalətli mövqeyinə görə təşəkkür edirik.Yaxın qonşularımız Rusiya və İranın ilk bəyanatlarını müsbət qiymətləndiririk. 

Qədirbilən xalqımız bu haqq yolunda ədalətin tərəfində olanları heç zaman unutmayacaq. İşğal altında olan bir neçə kəndin azad olunması ,Murov yüksəkliyinin əldə olunması və hal-hazırda Ağdərə istiqamətində cəbhə xəttini yararaq igid əsgərlərimizin irəliləməsi,vacib mövqelərin ələ keçirilməsi artıq qələbənin təminatıdır.Düşmən layiqli cəzasını alır.

Əkshücum əməliyyatlarının başlandığı ilk iki gün ərzində 550-dən çox canlı qüvvə,26 tank və digər zirehli texnika,15 OSA zenit-raket kompleksi,18 pilotsuz uçuş aparatı(PUA),8 artilleriya qurğusu məhv edilmişdir və bu bizm coxdan gözlədiyimiz qalibiyyətin ilk müjdələridir. 

Qısa müddət ərzində qazanılmış hərbi uğurların sevinci böyük qələbənin təminatıdır! Azərbaycan dövləti və kimliyindən ,siyasi əqidəsindən asılı olmayaraq hər bir azərbaycan vətəndaşı qətiyyətli şəkildə ordu ilə birlik nümayiş etdirərək torpaqlarımızın müdafiəsini təmin edir və bir daha əminliklə bildirir ki, Azərbaycan Prezidenti , Ali Baş Komandanımız cənab İlham Əliyevin xalqa müraciətində də vurğuladığı kimi Qarabağ Azərbaycanındır! 

Nəsimi rayon sakini, ehtiyatda olan zabit Çingiz Dadaşov. 




Oxşar xəbərlər