Rəhman Rəhmanoğlu: "Həkim dedi ki, oğlumun ölümünə iki saat qalıb" - VİDEO




      Bölmə: Şou Tarix: 04.10.2023 / 20:12

Əməkdar artist Rəhman Rəhmanov sentyabrın 19-u qəfil dünyasını dəyişən müğənni oğlu Emil Rəhmanoğlunun ölümündən ilk dəfə söz açıb.  

RUPOR.AZ xəbər verir ki, sənətkar "Bizimləsən" ictimai-sosial verilişinə müsahibəsində bildirib ki, Emil xəstəxananın reanimasiya şöbəsinə yerləşdirildiyi günün səhərisi həkim onlara övladının cəmi iki saat yaşaya biləcəyini deyib.

"Emil tək evdən yox, eldən getdi. Gecə saat 02:00 idi, həyat yoldaşım yuxudan oyatdı məni. Dedi ki, “qorxma oğlun Emilin vəziyyəti pisləşib”.

Emilin huşu özündə olmayıb. Əvvəlcə məni tanımadı. Öpüb, qucaqladım, baxdı, amma yenə məni tanımadı, sifəti çöndü. Səhər saat 09:00-a kimi xəstəxananın reanimasiya şöbəsində qaldıq. Səhər həkim gəlib söylədi ki, "Siz kişisiniz, mən də kişi. Kişi kişiyə söz deyər. Amma siz özünüzü bir az sıxın, narahat olmayın". Soruşdum ki, axı nə olub? Həkim cavabında dedi ki, “oğlunuzun iki saat vaxtı qalıb. Emil, bu dünyanı tərk edir”.

Təəccüb içində dedim ki, həkim axı siz nə danışırsız. Biz Emili bura gətirmişik ki, siz onu müalicə edəsiniz. Həkim başa saldı ki, böyrəklər fəaliyyətini itirib, baldır nahiyyəsində qan damarda tromb yaradıb. Beləcə ağ və qara ciyərlərin də fəaliyyəti dayanıb və ürəyi aparata qoşublar. Həkim necə demişdi elə də oldu. Yəni iki saat sonra 11:00-da Emil dünyasını dəyişdi", - deyə aktyor vurğulayıb.  

R.Rəhmanoğlu həmçinin müsahibəsində əlavə edib ki, Emil ölümüdən bir ay əvvəl ona vəfat etsə qardaşı İlhamın yanında dəfn edilməsini deyib:

"İnsanın ölməyi onun ürəyinə əvvəlcədən damır. Mən məzuniyyətdə idim, ürəyim isə Emilin yanında idi. Dedim buna nə isə olacaq. Hər an Emilin həyat yoldaşı Sabrina xanımdan zəng gözləyirdim. Bir ay əvvəl isə Emil mənə söylədi ki, “ata, məni qardaşım İlhamın məzarının üstünə apar”. Mən, həyat yoldaşım, oğlum Emil və onun xanımı Sabrina yollandıq qəbiristanlığa. Emil qardaşının məzarı üstə dayanıb, hönkür-gönkür ağladı. Dedi ki, “ata, mən ölsəm, məni qardaşım İlhamın yanında dəfn et”. Bu isə Emilin son vəsiyyəti idi".
Qeyd edək ki, Emil Rəhmanoğlu 44 yaşında xəstəxanada dünyasını dəyişib. O, Biləcəri ərazisində yerləşən məzarlıqda 19 il əvvəl vəfat edən qardaşı İlhamın yanında dəfn edilib.  






SON XƏBƏRLƏR
6-02-2024, 15:18
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 00:00
Azərbaycan cüdo tarixində İLK
1-02-2024, 23:56
Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı paylaşım edib - FOTO
1-02-2024, 23:49
Nazirlər Kabineti tam tərkibdə istefaya gedir
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:37
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
10-12-2023, 20:22
Könül Kərimovanın bu görüntüsü TƏNQİD EDİLDİ - FOTO
9-12-2023, 22:00
Yeni ildə 7 gün iş olmayacaq
9-12-2023, 21:55
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
9-12-2023, 21:48
Mətanət keçmiş gəlinini rüsvay etdi: “Gecə biz evdən çıxan kimi...” - ŞOK İTTİHAM
9-12-2023, 21:42
Yaşlı kişi toyda elə rəqs etdi ki... - VİDEO
9-12-2023, 21:35
Məni xəstə oğlunla evləndirdin ki... - Mətanətin keçmiş gəlinindən ŞOK SÖZLƏR
9-12-2023, 21:33
Aptekdə dərman almağa pulu çatmayan qadın ŞOKU YAŞADI - Bütün dünya göz yaşına BOĞULDU/VİDEO
9-12-2023, 21:29
Müəllimlərə ŞAD XƏBƏR: Vəzifə maaşları artırıldı
7-12-2023, 16:03
Zəlzələ neçə saniyə çəkib?
7-12-2023, 16:00
“Metro, ali təhsil müəssisələri, məktəb və uşaq bağçaları nəzarətə götürülüb”
7-12-2023, 15:56
Prezident seçkiləri ilə bağlı MSK-nın iclası keçiriləcək - Namizədlər irəli sürüləcək
7-12-2023, 15:51
Azərbaycanda 5,6 maqnitudalı zəlzələ olub - YENİLƏNİB-1
7-12-2023, 15:48
65 yaşı onu həbsdən qurtardı: Naxçıvan hava limanında insident
7-12-2023, 15:44
“Vəfaya ev də, bağ da, maşın da alıb” - VİDEO
7-12-2023, 15:38
Zəlzələ həyət evlərinin bahalaşmasına səbəb olacaq? - AÇIQLAMA
7-12-2023, 15:34
Aynur Dadaşova: “Deyirlər ki, kasıb olduğum üçün kasıbların toylarına gedirəm”
7-12-2023, 15:32
Çində yayılan "sirli xəstəlik" Rusiyaya çatdı: Bu uşaqlar risk altındadır

---