Həmkarlar İttifaqları Konfederasiyasının yardım karvanı yola düşdü - ÖLKƏ ÜZRƏ - Video


  • 10:26 / 29 04 2020 |
  • Bölmə: Gündəm / Sosial




AHIK respublikanın 76 şəhər və rayonundakı 3900 aztəminatlı ailəyə 68 ton ərzaq sovqatı göndərdi

Səttar Möhbalıyev: "Konfedrasiya adından Prezidentə və Birinci-vitse Prezidentə minnətdarlığımı bildirirəm ki, xalqın bu bəladan sağ-salamat çıxması üçün böyük işlər görürlər".


“Ümumi həcmi 68 ton olan ərzaq sovqatları”

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsi xüsusi yardıma və qayğıya ehtiyacı olan aztəminatlı ailələrə, təqaüdçülərə ərzaq yardımlarının paylanmasını nəzərdə tutan yeni qərar qəbul edib. 

Rupor.az-a AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu məqsədlə respublikanın 76 şəhər və rayonunda yaşayan 3900 aztəminatlı ailəyə ərzaq sovqatın paylanılması qərara alınıb. Ümumi həcmi 68 ton olan ərzaq sovqatları hər bir ailə üçün vacib olan gündəlik tələbat mallarından ibarətdir.
Aprelin 29-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkil etdiyi maşın karvanı ərzaq sovqatlarını ünvanlarına çatdırmaq üçün  respublikanın şəhər və rayonlarına yola düşüb. Azərbaycanın bütün bölgələrini əhatə edəcək bu aksiyada yerlərdəki həmkarlar ittifaqı fəalları da iştirak edəcəklər.
Koronavirus pandemiyası şəraitində həmkarlar ittifaqları təşkilatları tərəfindən maddi və mənəvi yardımlar göstərilməsi gələcəkdə də davam etdiriləcəkdir.

“Naxçıvana 100 min manat vəsait göndərilib”

AHİK sədri Səttar Möhbalıyev jurnalistlərə açıqlamasında bildirib ki, ölkə üzrə 3900 aztəminatlı ailəyə ərzaq sovqatın paylanılması ilə yanaşı Naxçıvan Muxtar Respublikasına da 100 min manat vəsait göndərilib:

“Konfedrasiyanın nəzdində yaradılan operativ qərərgah fasiləsiz fəalyyət göstərir. Daxil olan müraciətləri təsnifatlandırırıq və aksiyamız mütəmadi davam edəcək.Təki Azərbaycan xalıq sağlam, rahat yaşasın, bu bəladan uzaq olaq. Ölkə başçısı  hər çıxışında deyir ki, mənə Azərbaycan vətəndaşının sağlamlığı lazımdır. Dövlət insanların sosial rifahının yaxşılaşması məqsədilə külli miqdarda vəsait xərcləyir. Prezident bütün şirkətlərə, dövlət orqanlarına müraciət edir ki, insanları işdən çıxarmayın, ixtisarlara yol verməyin. İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İşəgötürənlər Milli Konfedrasiyası, Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyası bu mövzuda birgə müraciət hazırlayaraq, şirkətlərə, dövət orqanlarna göndərib. Həmkarlar təşkilatları ittifaqlarına tapşırmışıq ki, heç bir işçini işdən azad etməyə imkan verməsinlər, razı olmasınlar. Pezidentin sərəncamları ilə koronavirusla mübarizəyə ayrılan vəsait 3 milyard manatı keçib. Prezident bəyan edib ki, sosial layihələr dayanmayacaq və nə qədər vəsait lazımdır ayrılacaq. Konfedrasiya adından Prezidentə və Birinci-vitse Prezidentə minnətdarlığımı bildirirəm ki, xalqın bu bəladan sağ-salamat çıxması üçün böyük işlər görürlər. Azərbaycanda koronavirusla effektiv mübarizə və nəticələri dünyanın əksər dövlətləti üçün nümunədir, ölkələr, beynəlxalq təşkilatlar dövlətimizin bu addımlarını alıqşlayır”. 

1 milyon 600 min manatdan çox vəsait xərclənib

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev respublikamızda koronavirusa qarşı mübarizə tədbirlərinə başlanıldığı ilk günlərdən ölkə vətəndaşlarının sağlamlığının, sosial təminatının qorunmasını əsas vəzifə kimi müəyyənləşdirib, bütün dövlət qurumlarına diqqəti bu sahəyə yönəltməyi tapşırıb. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da Prezident İlham Əliyevin koronavirus pandemiyası ilə bağlı həyata keçirdiyi tədbirlərdə yaxından iştirak edir”.

Koronavirusla Mübarizə Fonduna 398 min 600 manat köçürülüb. 

Sosial dəstək tədbirləri çərçivəsində Azərbaycan həmkarlar ittifaqları təşkilatları qısa müddət ərzində 1 milyon 600 min manatdan çox vəsait xərcləyib. İndiyədək 17 mindən artıq aztəminatlı ailəyə ərzaq yardımları göstərilib, 631 min 600 manat məbləğində vəsait bu məqsədlər üçün xərclənib, 148 min manat dəyərində qoruyucu vasitələr alınıb paylanılıb. Həmkarlar ittifaqları Koronavirusla Mübarizə Fonduna ümumilikdə 398 min 600 manat vəsait köçürüblər. 













Oxşar xəbərlər