Bacı-qardaş "fahişəlik et, pulumu ver" deyən qadına görün nə etdilər - TƏFƏRRÜAT




      Bölmə: Hadisə Tarix: 29.07.2023 / 08:52

 Gəncədə qətl törətməkdə təqsirli bilinən Adil Əliyev və bacısı Gülgəz Əliyevanın cinayət işi üzrə təfərrüatlar məlum olub.

Gəncə Humanitar Kollecinin yataqxanası yaxınlığında, “Xan arxı” adlanan su kanalından şəxsiyyəti məlum olmayan qadın meyiti aşkar edilib. Fakt üzrə aparılan ilkin araşdırma zamanı meyitin 1956-cı il təvəllüdlü, Gəncə şəhər sakini Cavadova Qənirə Mövsüm qızı olması müəyyən edilib və həmin fakt üzrə Gəncə Şəhər Prokurorluğunda cinayət işi başlanılıb.

Aparılan istintaqla müəyyən edilib ki, 1980-ci il təvəllüdlü, Gəncə şəhər sakini Əliyeva Gülgəz Mansur qızı cari ilin avqust ayında Cavadova Qənirə Mövsüm qızından borc aldığı 600 ABŞ dollarını sonuncunun dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq, qaytarmaqdan yaxa qurtarmaq məqsədi ilə qardaşı - 1987-ci il təvəllüdlü, Gəncə şəhər sakini Əliyev Adil Mansur oğluna Qənirəni birlikdə qəsdən öldürməyi təklif edib. Adil həmin təkliflə razılaşdıqdan sonra Gülgəz oktyabrın 21-də borcunu qaytarmaq adı ilə Qənirəni Gəncə şəhəri, Nizami küçəsi, 9-cu döngə, 4 nömrəli ünvanda yerləşən atasına məxsus evə dəvət edib. Həmin gün saat 16 radələrində Qənirə qeyd edilən ünvana gəldikdən sonra onlar əvvəlcədən razılaşdıqları planı həyata keçirməklə Adil əlləri ilə Qənirənin ağız-burnunu qapayaraq boğub, Gülgəz isə əllərini tutmaqla Qənirənin müqavimətini qıraraq birlikdə onu öldürüblər.

Bundan sonra Gülgəz Qənirənin üstündə olan 1 mobil telefonu, qızıldan hazırlanmış bir cüt sırğanı və 3 ədəd üzüyü, həmçinin yaşadığı mənzilin açarlarını götürüb. Həmin gecə saat 24 radələrində Gülgəz və Adil törətdikləri cinayətin izini itirmək məqsədi ilə Qənirənin meyitini əl arabasına yerləşdirərək həmin evin yaxınlığından keçən “Xan arxı” adlanan su kanalına atıblar.

Keçirilən əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Adil Əliyev və Gülgəz Əliyeva saxlanılıb.

Təqsirləndirilən şəxs qismində dindirilən Adil Əliyev ifadəsində bildirib ki, 2008-ci ilin sentyabrında ataları xərçəng xəstəliyindən əziyyət çəkdiyi üçün qardaşı Anarla Moskvadan Gəncəyə öz evlərinə qayıdıblar. O ərəfədə bacıları Gülgəzin Qənirə adlı qadından faizlə borca 100 dollar pul almasını, sonuncunun bir neçə dəfə onlara gəlib pulunu istəyib dava salaraq ailə üzvlərini narahat etməsini eşidiblər.

Gülgəz Əliyeva bildirib ki, Qənirədən əvvəlcə ayda 100 manat faiz vermək şərti ilə 500, sonra isə 12 manat faiz vermək şərti ilə 100 dollar məbləğində borc pul alıb və girov kimi qardaşı Anara məxsus şəxsiyyət vəsiqəsini ona verib. Əliyevanın sözlərinə görə o, 500 dolları qaytarıb. Qalıb yalnız 100 dollar borcu. Həmin məbləği qaytara bilmədiyi üçün Qənirə hər dəfə onunla dava edib və hətta ona fahişəliklə məşğul olub pulunu qaytarmağı təklif edib. 

Oktyabrın 21-də növbəti dəfə Gülgəz atasına baş çəkmək üçün evə gəlib və qardaşı Adili kənara çəkib ona Qənirəyə olan borcunu qaytarmamaq üçün sonuncunu öldürmək istədiyini deyib. Adil Əliyev bu təkliflə razılaşıb. 

Razılığa əsasən, Gülgəz Cavadovanın mobil telefonuna zəng edib guya borcunu qaytarmaq adı ilə evlərinə çağırıb. 

Həyətə gələndə Qənirə Gülgəzlə salamlaşıb, evə daxil olub. Evdə qardaşını görən Gülgəzə bu dəfə onu qardaşına görə bağışladığını və artıq getmək istədiyini deyib. O, qapını açıb hətəyə çıxamaq istədikdə Gülgəz qəfildən Qənirəni itələyib. Sonuncu böyrü üstə döşəməyə yıxılıb. 

"Yıxılan kimi qardaşım əli ilə ağzını tutdu. Mən də oturdum sinəsinin üstündə. Boğduq ikimiz də. Bir müddət sonra əmin olduq ki, ölüb artıq".

Qənirənin meyiti üzərindən mobil telefonu, qulağında olan bir cüt sırğanı, barmaqlarından 3 ədəd üzüyü və evinin açarlarını götürüblər. Sonra cəsədi divanın sağ tərəfinə çəkiblər və Gülgəz otağın qapısını bayırdan qıfılla bağlayıb. Anaları Qənirəni xəbər alanda onlar sonuncunun çıxıb getdiyini bildiriblər.  

Gecə saat 12:00 radələrində bacı-qardaş meyitin qollarını və üzünü parça kəsikləri ilə bağladıqdan sonra əl arabasına yerləşdiriblər. Yarım saat apardıqdan sonra Mehmandarov küçəsindəki 11 saylı evin qarşısında keçən "Xan Arxı" kanalına atıblar. 

Səhərisi gün Adil Əliyev mobil telefonu mərkəzi univermaqda 16 manata satıb. Məbləğin yarısını bacısına verib. Qızıl əşyalarını bazardakı mağazaya və qohumuna Gülgəz atıb. Əldə etdiyi puldan 62 manatı qardaşına verib. 

Qardaşı Anara məxsus şəxsiyyət vəsiqəsini götürmək üçün həmin axşam Adillə birgə Qənirənin yaşadığı yataqxanaya yollanıblar. İçəri Gülgəz özü daxil olub. Axtarış aparsa da, vəsiqəni tapa bilməyib. 

Məhkəmə prosesində təqsirləndirilən şəxslər ittiham üzrə özlərini təqsirli hesab ediblər. 

Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsləri bağışlamadığını bildirib.

Sonda məhəkəmnin hökmü ilə Adil Əliyev 15, bacısı Gülgəz Əliyeva isə 13 il müddətinə azadlıqdam məhrum olunub. (ölkə.az)






SON XƏBƏRLƏR
6-02-2024, 15:18
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 00:00
Azərbaycan cüdo tarixində İLK
1-02-2024, 23:56
Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı paylaşım edib - FOTO
1-02-2024, 23:49
Nazirlər Kabineti tam tərkibdə istefaya gedir
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:37
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
10-12-2023, 20:22
Könül Kərimovanın bu görüntüsü TƏNQİD EDİLDİ - FOTO
9-12-2023, 22:00
Yeni ildə 7 gün iş olmayacaq
9-12-2023, 21:55
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
9-12-2023, 21:48
Mətanət keçmiş gəlinini rüsvay etdi: “Gecə biz evdən çıxan kimi...” - ŞOK İTTİHAM
9-12-2023, 21:42
Yaşlı kişi toyda elə rəqs etdi ki... - VİDEO
9-12-2023, 21:35
Məni xəstə oğlunla evləndirdin ki... - Mətanətin keçmiş gəlinindən ŞOK SÖZLƏR
9-12-2023, 21:33
Aptekdə dərman almağa pulu çatmayan qadın ŞOKU YAŞADI - Bütün dünya göz yaşına BOĞULDU/VİDEO
9-12-2023, 21:29
Müəllimlərə ŞAD XƏBƏR: Vəzifə maaşları artırıldı
7-12-2023, 16:03
Zəlzələ neçə saniyə çəkib?
7-12-2023, 16:00
“Metro, ali təhsil müəssisələri, məktəb və uşaq bağçaları nəzarətə götürülüb”
7-12-2023, 15:56
Prezident seçkiləri ilə bağlı MSK-nın iclası keçiriləcək - Namizədlər irəli sürüləcək
7-12-2023, 15:51
Azərbaycanda 5,6 maqnitudalı zəlzələ olub - YENİLƏNİB-1
7-12-2023, 15:48
65 yaşı onu həbsdən qurtardı: Naxçıvan hava limanında insident
7-12-2023, 15:44
“Vəfaya ev də, bağ da, maşın da alıb” - VİDEO
7-12-2023, 15:38
Zəlzələ həyət evlərinin bahalaşmasına səbəb olacaq? - AÇIQLAMA
7-12-2023, 15:34
Aynur Dadaşova: “Deyirlər ki, kasıb olduğum üçün kasıbların toylarına gedirəm”
7-12-2023, 15:32
Çində yayılan "sirli xəstəlik" Rusiyaya çatdı: Bu uşaqlar risk altındadır

---