Samirə Bağırovadan Nizami Orucova CAVAB




      Bölmə: Sosial Tarix: 07.09.2023 / 01:33

Tanınmış psixoloq Samirə Bağırova həmkarı Nizami Orucovun onun barəsində “Müsavat TV”yə müsahibəsində səsləndirdiyi “o xanım psixoloq deyil, səhv etmirəmsə, əsaslı psixoloji təhsili yoxdur, məlumatda qeyd edilmişdi ki, sadəcə, psixoloji kömək göstərir” fikirlərinə münasibət bildirib.

 S.Bağırova Pravda.az-a açıqlamasında həmkarının fikirlərini belə dəyərləndirib: “Ümumiyyətlə, ölkədə eyni sahədə çalışan insanların bir-birilərinə “o, həkim deyil”, “o, psixoloq deyil” kimi şəxsi fikirlərini cəmiyyətə elan etmələri bir növ bakirəlik haqqında xəbər verən yengəyə bənzəyir, yəni sanki şahid qismində iştirak edərək əminliklə danışmaq anlamında... Mən bu cavan adamı tanımıram. Müsahibəsindən sonra mənə video postlarını göstərdilər. Ona mənfi şərh bildirənləri "tupoy", "axmaq", "kasıb" adlandırması, sözün düzü, məni çox təəccübləndirdi. Elə buradan görünür ki, psixoloq olaraq tənqidə aqressiv yanaşır. İnsan cahil də ola bilər, savadsız da, amma ziyalı bir insanın vəzifəsi səbirlə bilgisini paylaşmaqdır. Ziyalı insan yalnız təhsilli deyil, eyni zamanda efir maneralarına, danışıq diksiyasına da diqqət etməlidir. Təhsil, diplom savadlı olmaq deyil. Bu şəxs mühafizəkar cəmiyyətin üzvüdür. Bizim cəmiyyətin standart qəbullandığı psixoloq yanaşması var. Videodan da göründüyü kimi, klassik köynək, şalvar və bu eynək ola bilər. “Bu tərzdə geyinirsə, ciddi-ciddi danışırsa, demək ki, işinin mütəxəssisidir” kimi yanaşmalardan bir çoxları, elə bu bəy özü də hələ çıxa bilməyib. Bu tipdə söz-söhbətlər çox olur. Normal bir haldır. Hər sahədə rəqabət var. Amma bir şəxs haqqında tam məlumatı olmadan əminliklə fikir bildirmək cahillik, yaxud qısqanclıq, ən son şərləməkdir ki, dərindən yanaşılsa, məhkəməyə qədər uzana bilər. Yeni yazıb bitirdiyim və cəmiyyətin məhz bu kimi düşüncələrinin kökü ilə bağlı kitabımın nəşri ilə məşğul olduğumdan, ümumiyyətlə, beynimi söz-söhbətlərdən uzaq tuturam. Təhsilimlə bağlı hər hansısa şübhəsi olanlar isə samirabagirova.az saytından məlumat əldə edə bilərlər. Kolleqama isə uğurlar arzulayıram...” 






SON XƏBƏRLƏR
6-02-2024, 15:18
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 00:00
Azərbaycan cüdo tarixində İLK
1-02-2024, 23:56
Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı paylaşım edib - FOTO
1-02-2024, 23:49
Nazirlər Kabineti tam tərkibdə istefaya gedir
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:37
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
10-12-2023, 20:22
Könül Kərimovanın bu görüntüsü TƏNQİD EDİLDİ - FOTO
9-12-2023, 22:00
Yeni ildə 7 gün iş olmayacaq
9-12-2023, 21:55
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
9-12-2023, 21:48
Mətanət keçmiş gəlinini rüsvay etdi: “Gecə biz evdən çıxan kimi...” - ŞOK İTTİHAM
9-12-2023, 21:42
Yaşlı kişi toyda elə rəqs etdi ki... - VİDEO
9-12-2023, 21:35
Məni xəstə oğlunla evləndirdin ki... - Mətanətin keçmiş gəlinindən ŞOK SÖZLƏR
9-12-2023, 21:33
Aptekdə dərman almağa pulu çatmayan qadın ŞOKU YAŞADI - Bütün dünya göz yaşına BOĞULDU/VİDEO
9-12-2023, 21:29
Müəllimlərə ŞAD XƏBƏR: Vəzifə maaşları artırıldı
7-12-2023, 16:03
Zəlzələ neçə saniyə çəkib?
7-12-2023, 16:00
“Metro, ali təhsil müəssisələri, məktəb və uşaq bağçaları nəzarətə götürülüb”
7-12-2023, 15:56
Prezident seçkiləri ilə bağlı MSK-nın iclası keçiriləcək - Namizədlər irəli sürüləcək
7-12-2023, 15:51
Azərbaycanda 5,6 maqnitudalı zəlzələ olub - YENİLƏNİB-1
7-12-2023, 15:48
65 yaşı onu həbsdən qurtardı: Naxçıvan hava limanında insident
7-12-2023, 15:44
“Vəfaya ev də, bağ da, maşın da alıb” - VİDEO
7-12-2023, 15:38
Zəlzələ həyət evlərinin bahalaşmasına səbəb olacaq? - AÇIQLAMA
7-12-2023, 15:34
Aynur Dadaşova: “Deyirlər ki, kasıb olduğum üçün kasıbların toylarına gedirəm”
7-12-2023, 15:32
Çində yayılan "sirli xəstəlik" Rusiyaya çatdı: Bu uşaqlar risk altındadır

---