Ermənistana nə qədər azərbaycanlı qayıdacaq? - AÇIQLANDI




      Bölmə: Gündəm Tarix: 18.11.2023 / 12:49

“Azərbaycan Ermənistanla münasibətlərdə qalıcı, uzunmüddətli və etibarlı sülh əldə etmək niyyətindədir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Məmmədov (Babaoğlu) deyib. 

Müsahibimiz yekun sülh müqaviləsindən sonra qərbi azərbaycanlıların öz dədə-baba torpaqlarına köçüb yaşaması ilə bağlı səslənən fikirlərə münasibət bildirib. 

Xatırladaq ki, Azərbaycan son təkliflər paketində 1988-ci ildə Qərbi Azərbaycandan deportasiya olunan şəxslərin geri qaytarılmasının sülh müqaviləsində təsbit olunmasını tələb kimi qoyub. Bakının bu tələbi İrəvanda şok effekti yaradıb. 

H.Babaoğlu isə söyləyib ki, hansı yolla olursa-olsun, Azərbaycan buna nail olacaq: 

“Çünki Cənubi Qafqazdakı sabitlik və onun məsuliyyəti regionun ən böyük ölkəsi kimi Azərbaycanın üzərindədir. Regiona sülhün, rifahın və inteqrasiyanın gəlməsinin də açarları Azərbaycanın əlindədir. Qalıcı sülh üçün isə mütləq ədalət bərpa olunmalıdır. Çünki imzalanacaq sülh müqaviləsi həm beynəlxalq hüquqa, həm də ədalətə söykənməlidir”. 

Millət vəkili əmindir ki, beynəlxalq hüququn tələbi Ermənistandan məcburi şəkildə etnik təmizləmə siyasətinin qurbanına çevrilmiş azərbaycanlıların öz torpaqlarına qayıtmasıdır:

“Azərbaycan bununla bağlı Qərbi Azərbaycana qayıdış konsepsiyası qəbul edib ki, bu da beynəlxalq hüquqa və Ermənistan Konstitusiyasının tələblərinə uyğundur. Yəni qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdıb Ermənistan qanunları çərçivəsində öz doğma yurdlarında yaşamaq istəyirlər ki, bu da hüquqla ziddiyyət təşkil etmir. Onlar öz əmlak, seçki və seçilmək hüquqlarını tələb edirlər. Ona görə də rəsmi İrəvan bunu doğru anlamalı və Azərbaycanın sülhpərvər niyyətini ölkəmizin Ermənistana ərazi iddiası kimi səsləndirməməlidir. Çünki axırıncı dəfə Ermənistanın Baş naziri Nikol Paşinyan bunu Paris Sülh Forumunda dilə gətirmişdi. Şübhəsiz ki, Ermənistan bu istiqamətdə addımlar atsa, sülhü daha tez əldə etmək olar. Çünki Ermənistanda yaşayacaq azərbaycanlılar bu məsələdə etibarlı körpü rolu oynaya bilərlər”. 

“O ki qaldı qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıtmaq istəmələrinə, Azərbaycan xalqı belə bir təcrübəni artıq yaşayıb. Ermənilər və digər bədniyyətlilər də deyirdilər ki, Qarabağ işğaldan azad olunsa belə, qarabağlılar gedib orada yaşamayacaq. Amma biz görürük ki, bu gün Qarabağ və Şərqi Zəngəzura Azərbaycan vətəndaşları necə böyük həvəslə qayıdıb öz ata-baba torpaqlarında yaşayırlar. Hər kəs əmin olsun ki, eyni şəkildə də şərtlər uyğun olan kimi, qərbi azərbaycanlılar da qayıdıb öz torpaqlarına yaşayacaq. Onlar həsrətlə həmin günü gözləyirlər. Belə insanların sayı ölkəmizdə yüz minlərlədir”, - müsahibimiz fikirlərini tamamlayıb.






SON XƏBƏRLƏR
6-02-2024, 15:18
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 00:00
Azərbaycan cüdo tarixində İLK
1-02-2024, 23:56
Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı paylaşım edib - FOTO
1-02-2024, 23:49
Nazirlər Kabineti tam tərkibdə istefaya gedir
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:37
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
10-12-2023, 20:22
Könül Kərimovanın bu görüntüsü TƏNQİD EDİLDİ - FOTO
9-12-2023, 22:00
Yeni ildə 7 gün iş olmayacaq
9-12-2023, 21:55
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
9-12-2023, 21:48
Mətanət keçmiş gəlinini rüsvay etdi: “Gecə biz evdən çıxan kimi...” - ŞOK İTTİHAM
9-12-2023, 21:42
Yaşlı kişi toyda elə rəqs etdi ki... - VİDEO
9-12-2023, 21:35
Məni xəstə oğlunla evləndirdin ki... - Mətanətin keçmiş gəlinindən ŞOK SÖZLƏR
9-12-2023, 21:33
Aptekdə dərman almağa pulu çatmayan qadın ŞOKU YAŞADI - Bütün dünya göz yaşına BOĞULDU/VİDEO
9-12-2023, 21:29
Müəllimlərə ŞAD XƏBƏR: Vəzifə maaşları artırıldı
7-12-2023, 16:03
Zəlzələ neçə saniyə çəkib?
7-12-2023, 16:00
“Metro, ali təhsil müəssisələri, məktəb və uşaq bağçaları nəzarətə götürülüb”
7-12-2023, 15:56
Prezident seçkiləri ilə bağlı MSK-nın iclası keçiriləcək - Namizədlər irəli sürüləcək
7-12-2023, 15:51
Azərbaycanda 5,6 maqnitudalı zəlzələ olub - YENİLƏNİB-1
7-12-2023, 15:48
65 yaşı onu həbsdən qurtardı: Naxçıvan hava limanında insident
7-12-2023, 15:44
“Vəfaya ev də, bağ da, maşın da alıb” - VİDEO
7-12-2023, 15:38
Zəlzələ həyət evlərinin bahalaşmasına səbəb olacaq? - AÇIQLAMA
7-12-2023, 15:34
Aynur Dadaşova: “Deyirlər ki, kasıb olduğum üçün kasıbların toylarına gedirəm”
7-12-2023, 15:32
Çində yayılan "sirli xəstəlik" Rusiyaya çatdı: Bu uşaqlar risk altındadır

---