Metroda yeni ödəniş sistemi: "Ciddi çatışmazlıq var” - Açıqlama




      Bölmə: Sosial Tarix: 08.09.2023 / 11:22

Xəbər verdiyimiz kimi, sentyabrın 6-dan etibarən Bakı Metropoliteni QSC-də pilot layihə kimi ilk dəfə bənövşəyi xəttin “Xocəsən” və “8 Noyabr” stansiyalarında sərnişinlər “Bakı Kart” plastik kartından savayı, “Bakı Kart” mobil tətbiqinin QR biletlərindən də ödəniş etməyə başlayıblar.

QR bilet yaradılarkən pul kisəsinin balansında bir gediş üçün minumum 1 manat olmalıdır. Hər bir QR kod unikaldır. 1 gediş üçün keçərlidir və yaradıldığı andan 5 dəqiqə ərzində etibarlıdır. QR bilet 5 dəqiqə ərzində istifadə edilmədiyi təqdirdə qüvvəsini itirir və bloklaşdırılan məbləğ yalnız 72 saat ərzində pul kisəsinə geri qaytarılır.

İqtisadçı ekspert Akif Nəsirli Bakupost.az -a deyib ki, metroda yeni ödənişin tətbiqi insanların rəqəmsal bilgilərinin artmasına təkan verir. Kartı olmayan və ya onu yaddan çıxarıb evdə qoyan insanlar üçün bu sistemin tətbiqi çox yaxşıdır. Hətta bu həmin problemi həll etməyin ən rahat yollarında biridir. Amma yeni ödəniş sisteminin tətbiqində ciddi çatışmazlıqlar var. Mütləq şəkildə proqramçılar proqramın üzərində ciddi işləməli və təkmilləşdirici işlər aparmalıdırlar:

“Bu proseduru daha da təkmilləşdirmək lazımdır. İlkin mərhələ üçün əlverişli deyil. İstiqamət üzrə ciddi problemlər var. Qısa limitin qoyulması düzgün deyil. Tez bir zamanda o limit götürülməlidir. Vətəndaşın pulu ilə ona limit, vaxt qoymaq olmaz. Bu, vətəndaş hüququnun pozulması deməkdir. Proqram elə qurulmalıdır ki, sərnişin ödədiyi puldan istədiyi vaxt istifadə etsin”.






SON XƏBƏRLƏR
6-02-2024, 15:18
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 00:00
Azərbaycan cüdo tarixində İLK
1-02-2024, 23:56
Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı paylaşım edib - FOTO
1-02-2024, 23:49
Nazirlər Kabineti tam tərkibdə istefaya gedir
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:37
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
10-12-2023, 20:22
Könül Kərimovanın bu görüntüsü TƏNQİD EDİLDİ - FOTO
9-12-2023, 22:00
Yeni ildə 7 gün iş olmayacaq
9-12-2023, 21:55
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
9-12-2023, 21:48
Mətanət keçmiş gəlinini rüsvay etdi: “Gecə biz evdən çıxan kimi...” - ŞOK İTTİHAM
9-12-2023, 21:42
Yaşlı kişi toyda elə rəqs etdi ki... - VİDEO
9-12-2023, 21:35
Məni xəstə oğlunla evləndirdin ki... - Mətanətin keçmiş gəlinindən ŞOK SÖZLƏR
9-12-2023, 21:33
Aptekdə dərman almağa pulu çatmayan qadın ŞOKU YAŞADI - Bütün dünya göz yaşına BOĞULDU/VİDEO
9-12-2023, 21:29
Müəllimlərə ŞAD XƏBƏR: Vəzifə maaşları artırıldı
7-12-2023, 16:03
Zəlzələ neçə saniyə çəkib?
7-12-2023, 16:00
“Metro, ali təhsil müəssisələri, məktəb və uşaq bağçaları nəzarətə götürülüb”
7-12-2023, 15:56
Prezident seçkiləri ilə bağlı MSK-nın iclası keçiriləcək - Namizədlər irəli sürüləcək
7-12-2023, 15:51
Azərbaycanda 5,6 maqnitudalı zəlzələ olub - YENİLƏNİB-1
7-12-2023, 15:48
65 yaşı onu həbsdən qurtardı: Naxçıvan hava limanında insident
7-12-2023, 15:44
“Vəfaya ev də, bağ da, maşın da alıb” - VİDEO
7-12-2023, 15:38
Zəlzələ həyət evlərinin bahalaşmasına səbəb olacaq? - AÇIQLAMA
7-12-2023, 15:34
Aynur Dadaşova: “Deyirlər ki, kasıb olduğum üçün kasıbların toylarına gedirəm”
7-12-2023, 15:32
Çində yayılan "sirli xəstəlik" Rusiyaya çatdı: Bu uşaqlar risk altındadır

---