Dünyamin Xəlilova qarşı 17 milyonluq mülki iddia qaldırıldı




      Bölmə: Gündəm Tarix: 18.09.2023 / 15:04

Altı ildir həbsdə olan sabiq deputat Dünyamin Xəlilov və iş adamı Azad Cavadovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

AZİNFORM.AZ-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda “Aqrarkredit” ASC-nin nümayəndəsi vəsatət qaldıraraq mülki iddiaçı qismində tanınmalarını istəyib.

Kredit təşkilatı iddia edir ki, təqsirləndirilən şəxslərin əməllərinə görə onlara 17 milyon 735 min manat ziyan dəyib.

Məhkəmə vəsatəti əsaslı hesab edərək təmin edib. Qərara əsasən, “Aqrarkredit” ASC mülki iddiaçı kimi tanınıb. Prosesin davamında prokuor ittiham aktını elan edib.

İttihama görə, Dünyamin Xəlilov və Azad Cavadov 2001-2015-ci illər ərzində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin sabiq rəhbər vəzifəli şəxsləri ilə birgə sabit cinayətkar qrup yaradaraq ümumilikdə 6 milyon 642 min manatdan artıq məbləğdə pul vəsaitini mənimsəyiblər.

Qeyd olunan əməllərə görə, D.Xəlilov və A.Cavadova Cinayət Məcəlləsinin 179.3.1 və 179.3.2-ci (mütəşəkkil dəstə tərəfindən və külli miqdarda mənimsəmə) maddələri ilə ittiham irəli sürülüb.

Dünyamin Xəlilov və Azad Cavadov verilmiş ittihamlara münasibətdə özlərini təqsirli bilməyiblər.

Proses oktyabrın 17-də davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslərin hər ikisi məhkumdur.

Dünyamin Xəlilov 2017-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 13 il, Azad Cavadov isə 10 il 11 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Onlar Cinayət Məcəlləsinin 179.3.1 (mənimsəmə, mütəşəkkil dəstə tərəfindən törədildikə), 179.3.2 (mənimsəmə külli miqdarda törədildikdə), 213.2.1 (vergidən yayınma, mütəşəkkil dəstə tərəfindən törədildikdə, 213.2.2 (vergi ödəməkdən yayınma külli miqdarda törədildikdə), 32.4, 308.2 (vəzifə səlahiyyətlərindən sui istifadə etməklə ələ alma) 32.4, 309.2 (vəzifə səlahiyyətini aşma) maddələri ilə təqsirli bilinib.

D. Xəlilov 2005-ci ildə Beynəlxalq Bankın səhmdarı olub. 2005-2010-cu illərdə deputat olan Dünyamin Xəlilov, həm də bankın rəhbəri olmuş Cahangir Hacıyevin qohumudur və işçisi olub. C.Hacıyevə məxsus “Şəki Bazar” və “Şəki Ət Kombinatı” ASC-ni uzun müddət D. Xəlilov idarə edib. /qafqazinfo/






SON XƏBƏRLƏR
Bu gün, 17:18
Xankəndidə terrorçuların fotoları sökülür - VİDEO
Bu gün, 17:07
Universitet müəllimi qəfil vəfat etdi - FOTO
Bu gün, 16:56
Dolların məzənnəsi gələn il hansı səviyyədə olacaq? - VİDEO
Bu gün, 16:53
Tanınmış aktrisanın səhhəti pisləşdi - SON DURUMU - FOTO
Bu gün, 16:15
Millət vəkili erməniləri belə susdurdu - VİDEO
Bu gün, 16:07
Rusiya donanmasının qərargahı vuruldu – Sevastopol limanı yenə yanır - FOTO
Bu gün, 16:01
Ondan xəbərsiz yas mərasiminə gedən arvadına irad tutdu, qızını döydü
Bu gün, 13:16
MİT PKK-nın önəmli şəxslərindən birini məhv etdi
Bu gün, 12:59
Bakıda 27 dərəcə isti olacaq - Şənbə gününün HAVA PROQNOZU
Bu gün, 12:55
Restoranların servis haqqı tələb etməsi QANUNSUZDUR?
Bu gün, 12:51
Cəlilabadda məktəbdə baş verən qanunsuzluqlarla bağlı cinayət işi başlanıb
Bu gün, 12:45
Hərbçilərimiz döyüşə "şəhidlik andı" ilə başladı - Video
Bu gün, 11:47
Şəhidin SON VƏSİYYƏTİ – “11 min manatla kəndin yollarını asfaltlayarsız” – VİDEO
Bu gün, 11:42
Ola bilsin, o vaxt Borrel gənc olub, bilmir... - DEPUTAT
Bu gün, 11:14
Brilliant: “Polis idərəsinin qarşısında gördüm ki...” - Video
Bu gün, 11:06
İLK ADDIM: Qarabağdakı ermənilərə ərzaq göndərildi - FOTO
Bu gün, 11:00
BMT-nin iclasında rus nümayəndənin bu sözü DİQQƏT ÇƏKDİ
Bu gün, 10:50
AZAL-ın pilotu uçuşdan imtina etdi – “Bu, risklidir”
Bu gün, 10:45
İki qaçaqaç – 30 il əvvəlki məşəqqət, 3 gün öncəki himayə
Bu gün, 10:40
Azərbaycanda dizel yanacağı BAHALAŞIR?
Bu gün, 00:17
Şəhidin dəfni zamanı “qəşş” edib gülən məşhur iş adamı imiş - VİDEO
Dünən, 23:50
Erməni uşağının fotosunu tapan əsgərimiz... - VİDEO
Dünən, 23:45
BMT-də Qarabağla bağlı müzakirələr başladı - Canlı
Dünən, 23:42
“Şahruddin özəl insandır” - “Qarabağ”ın prezidenti
Dünən, 22:38
3 həftə şirniyyatsız qaldıqda nə baş verir? - İsrail alimlərindən şok

---