Gülnarə Kərimovanın pullarını qadınlara və çağalara xərclənəcək




      Bölmə: Dünya Tarix: 19.09.2023 / 11:09

BMT-nin yeni proqramını dəstəkləmək üçün Özbəkistanın Vizyon 2030 Fondu tərəfindən 43,5 milyon dollar ayrılıb.

RUPOR.AZ xarici mediaya istinadla xəbər verir ki, eks-prezident İslam Kərimovun qızı Gülnarə Kərimovanın korrupsiya yolu ilə topladığı, sonradan müsadirə olunmuş və Özbəkistana qaytarılmış pulları Özbəkistanda ana və çağalara xərclənəcək. Bu vəsait onların qarşısı alına bilən ölüm hallarının əhəmiyyətli dərəcədə azaldılmasına yönəlmiş BMT-nin yeni proqramını dəstəkləmək üçün istifadə olunacaq. Bu barədə BMT-nin respublikadakı ofisinin rəsmi saytında məlumat verilib.

Yeni proqramın əsas məqsədlərindən biri az çəkisi olan uşaqların sağ qalma səviyyəsini indiki 75%-dən 90%-ə çatdırmaqdır.

Uznews.uz xəbər verir ki, “Uzbekistan Vision 2030” çox tərəfdaşlı trast fondu Gülnarə Kərimovanın İsveçrədə müsadirə olunmuş 131 milyon dollar dəyərində qanunsuz əldə etdiyi aktivlərinin Özbəkistana qaytarılması üçün yaradılıb.

“Özbəkistan və İsveçrə arasında restitusiya sazişi nəticəsində alınan Fonda töhfə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaqda konkret irəliləyiş əldə etməyə imkan verəcək və Özbəkistan vətəndaşlarının həyatını birbaşa yaxşılaşdıracaq. BMT-nin bu proqramı bütün ölkə üzrə otuz ay ərzində 600 min qadını və yeni doğulmuş uşağı əhatə edəcək”, - deyə BMT-nin Özbəkistandakı rezident əlaqələndiricisi Konsuelo Vidal-Bruce bildirib.

BMT-nin yeni proqramı üç agentlik UNİCEF, UNFPA və ÜST tərəfindən birgə həyata keçiriləcək. /musavat.com/






SON XƏBƏRLƏR
6-02-2024, 15:18
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 00:00
Azərbaycan cüdo tarixində İLK
1-02-2024, 23:56
Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı paylaşım edib - FOTO
1-02-2024, 23:49
Nazirlər Kabineti tam tərkibdə istefaya gedir
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:37
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
10-12-2023, 20:22
Könül Kərimovanın bu görüntüsü TƏNQİD EDİLDİ - FOTO
9-12-2023, 22:00
Yeni ildə 7 gün iş olmayacaq
9-12-2023, 21:55
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
9-12-2023, 21:48
Mətanət keçmiş gəlinini rüsvay etdi: “Gecə biz evdən çıxan kimi...” - ŞOK İTTİHAM
9-12-2023, 21:42
Yaşlı kişi toyda elə rəqs etdi ki... - VİDEO
9-12-2023, 21:35
Məni xəstə oğlunla evləndirdin ki... - Mətanətin keçmiş gəlinindən ŞOK SÖZLƏR
9-12-2023, 21:33
Aptekdə dərman almağa pulu çatmayan qadın ŞOKU YAŞADI - Bütün dünya göz yaşına BOĞULDU/VİDEO
9-12-2023, 21:29
Müəllimlərə ŞAD XƏBƏR: Vəzifə maaşları artırıldı
7-12-2023, 16:03
Zəlzələ neçə saniyə çəkib?
7-12-2023, 16:00
“Metro, ali təhsil müəssisələri, məktəb və uşaq bağçaları nəzarətə götürülüb”
7-12-2023, 15:56
Prezident seçkiləri ilə bağlı MSK-nın iclası keçiriləcək - Namizədlər irəli sürüləcək
7-12-2023, 15:51
Azərbaycanda 5,6 maqnitudalı zəlzələ olub - YENİLƏNİB-1
7-12-2023, 15:48
65 yaşı onu həbsdən qurtardı: Naxçıvan hava limanında insident
7-12-2023, 15:44
“Vəfaya ev də, bağ da, maşın da alıb” - VİDEO
7-12-2023, 15:38
Zəlzələ həyət evlərinin bahalaşmasına səbəb olacaq? - AÇIQLAMA
7-12-2023, 15:34
Aynur Dadaşova: “Deyirlər ki, kasıb olduğum üçün kasıbların toylarına gedirəm”
7-12-2023, 15:32
Çində yayılan "sirli xəstəlik" Rusiyaya çatdı: Bu uşaqlar risk altındadır

---