"Vardanyan Cəzalandırılmalıdır" - Elmar Məmmədyarov - VİDEO
Bölmə: Gündəm
Tarix: 27.09.2023 / 16:56
Xəbər verdiyimiz kimi, sentyabrın 27-də “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma “Dağlıq Qarabağ Respublikasının Dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb.
RUPOR.AZ AZİNFORM.AZ-a istinadla xəbər verir ki, Azərbaycanın keçmiş xarici işlər naziri Elmar Məmmədyarov “Dağlıq Qarabağ Respublikasının Dövlət naziri” Ruben Karleni Vardanyanın saxlanılması və onun məhkəmə qarşısında cavab verməsi haqda RTV-yə danışıb.