Dələduzluq edən keçmiş prokuror - “Mərc oyunlarına meyilli idim”




      Bölmə: Hadisə Tarix: 28.09.2023 / 16:48

Gəncə Ağır Cinayətlər Məhkəməsində keçmiş prokurorluq əməkdaşı barəsindəki cinayət işi üzrə keçirilən proses başa çatıb.

RUPOR.AZ xəbər verir ki, Göygöl rayon prokurorunun sabiq böyük köməkçisi, 1984-cü il təvəllüdlü Nicat Hüseynov Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4-cü (Dələduzluq) maddələri ilə təqsirləndirilib.

Bildirilib ki, 2010-cu ildə prokurorluq orqanlarında işə qəbul olunan və 2020-ci ildə Göygöl rayon prokurorunun böyük köməkçisi təyin edilən N.Hüseynov iki vətəndaşı aldadaraq xeyli pul alıb. Belə ki, o, adam oğurluğu, zorlama kimi əməllərdə ittiham edilən S.Hüseynovun ailə üzvündən 10 min, qəsdən adam öldürməyə cəhddə ittiham edilən A.İbrahimovun ailəsindən isə 12 min manat alıb. Qarşılığında isə Nicat Hüseynov rayon prokuroru ilə əlaqələrindən istifadə edərək onlar barəsindəki istintaq prosesinə təsir edəcəyini və həbsdən azad ediləcəklərini vəd edib.

Lakin sonradan həmin şəxslərin ailələri N.Hüseynov barəsində şikayət ediblər.

Məhkəmədə sabiq prokuror köməkçisi bildirib ki, mərc oyunlarına meyilli olduğu üçün həmin şəxslərdən borc alıb və daha sonra notarial qaydada aldığı pulları geri qaytarıb.

Həmçinin qeyd edilib ki, N.Hüseynov barəsində şikayətlər edildikdən sonra 2021-ci ilin dekabrında o, prokurorluq orqanlarından xaric edilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin 26 sentyabr tarixli hökmü ilə keçmiş prokurorluq əməkdaşına 1 il vəzifə tutma hüququndan məhrum edilməklə 5000 manat cərimə cəzası təyin edilib.  /qafqazinfo/






SON XƏBƏRLƏR
6-02-2024, 15:18
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 00:00
Azərbaycan cüdo tarixində İLK
1-02-2024, 23:56
Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı paylaşım edib - FOTO
1-02-2024, 23:49
Nazirlər Kabineti tam tərkibdə istefaya gedir
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:37
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
10-12-2023, 20:22
Könül Kərimovanın bu görüntüsü TƏNQİD EDİLDİ - FOTO
9-12-2023, 22:00
Yeni ildə 7 gün iş olmayacaq
9-12-2023, 21:55
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
9-12-2023, 21:48
Mətanət keçmiş gəlinini rüsvay etdi: “Gecə biz evdən çıxan kimi...” - ŞOK İTTİHAM
9-12-2023, 21:42
Yaşlı kişi toyda elə rəqs etdi ki... - VİDEO
9-12-2023, 21:35
Məni xəstə oğlunla evləndirdin ki... - Mətanətin keçmiş gəlinindən ŞOK SÖZLƏR
9-12-2023, 21:33
Aptekdə dərman almağa pulu çatmayan qadın ŞOKU YAŞADI - Bütün dünya göz yaşına BOĞULDU/VİDEO
9-12-2023, 21:29
Müəllimlərə ŞAD XƏBƏR: Vəzifə maaşları artırıldı
7-12-2023, 16:03
Zəlzələ neçə saniyə çəkib?
7-12-2023, 16:00
“Metro, ali təhsil müəssisələri, məktəb və uşaq bağçaları nəzarətə götürülüb”
7-12-2023, 15:56
Prezident seçkiləri ilə bağlı MSK-nın iclası keçiriləcək - Namizədlər irəli sürüləcək
7-12-2023, 15:51
Azərbaycanda 5,6 maqnitudalı zəlzələ olub - YENİLƏNİB-1
7-12-2023, 15:48
65 yaşı onu həbsdən qurtardı: Naxçıvan hava limanında insident
7-12-2023, 15:44
“Vəfaya ev də, bağ da, maşın da alıb” - VİDEO
7-12-2023, 15:38
Zəlzələ həyət evlərinin bahalaşmasına səbəb olacaq? - AÇIQLAMA
7-12-2023, 15:34
Aynur Dadaşova: “Deyirlər ki, kasıb olduğum üçün kasıbların toylarına gedirəm”
7-12-2023, 15:32
Çində yayılan "sirli xəstəlik" Rusiyaya çatdı: Bu uşaqlar risk altındadır

---