“Məhz Fransa Türkiyənin görüşə qatılmasına qarşı çıxıb” - Rəsmi Bakı




      Bölmə: Gündəm Tarix: 06.10.2023 / 11:02

“5 oktyabr tarixində Fransa Respublikasının Prezidenti Emmanuel Makronun Avropa Siyasi İcmasının Qranada görüşü çərçivəsində mətbuat konfransı zamanı Azərbaycana qarşı səsləndirdiyi əsassız iddiaları qətiyyətlə pisləyir və rədd edirik”.

RUPOR.AZ xəbər verir ki, bu barədə Azərbaycan XİN-in Fransa Prezidenti Emmanuel Makronun Qranadada mətbuat konfransı zamanı səsləndirdiyi iddialara dair şərhində bildirilib.

Qeyd edilib ki, Fransa Prezidentinin Qranadada Azərbaycan və Türkiyənin iştirakdan imtina etməsi məsələsi ilə bağlı iddiaları riyakarlıq nümunəsidir. Tədbir iştirakçılarının hər birinə yaxşı məlumdur ki, məhz Fransa tərəfi Türkiyənin görüşə qatılmasına qarşı çıxıb. Fransa Prezidentinin bu məsələdə yalan məlumatlar yayması dövlət başçısına yaraşmayan yanaşmadır.

“Tarixdə özünün soyqırım siyasəti ilə yadda qalan, Avropa İttifaqı üzv ölkələri arasında Milli Azlıqların Müdafiəsi haqqında Çərçivə Konvensiyasına qoşulmayan yeganə ölkə olan Fransanın çoxsaylı etnik xalqların sülh və əminamanlıq şəraitində yaşadığı, multikultural və multietnik dəyərləri ilə nümunə təşkil edən Azərbaycana azlıqların hüquqları barədə dərs keçməyə cəhd etməsi qəbuledilməzdir.

Ədalətli vasitəçilikdən danışan Fransanın 23 ilə yaxın dönəmdə necə vasitəçilik etdiyi hər kəsə məlumdur. Eynilə, azərbaycanlıların yaşadığı kütləvi qırğınlara, onlara qarşı zor tətbiq edilərək düşdükləri məcburi köçkün və qaçqın həyatına, eləcə də BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin gözardı edilməsinə, şəhər və kəndlərin yerlə-yeksan edilməsinə, Ermənistanın öhdəliklərinə zidd olaraq Azərbaycandan erməni silahlı qüvvələrini çıxarmamasına, davam etdikləri hərbi-siyasi təxribatlara heç bir əhəmiyyət verməyən Fransanın bitərəf və neytral vasitəçi olduğunu iddia etməsi bu ölkənin niyyətindən xəbər verir.

Azərbaycan ərazilərinin 30 il müddətində 20%-ə yaxın hissəsinin Ermənistan tərəfindən işğalına, hazırda Ermənistanın Azərbaycanın 8 kəndini hələ də işğal altında saxlamasına göz yuman Fransanın Azərbaycanı 150 kvadrat kilometr Ermənistan ərazilərinin işğalında təqsirləndirməsi gülüncdür. Azərbaycan heç bir ölkənin ərazisini işğal etməyib və delimitasiya olunmamış sərhəddə Azərbaycanın qüvvələrinin yerləşdiyi ərazilərin Ermənistana məxsus olduğunun iddia edilməsi heç bir məntiqə sığmır.

Azərbaycan tərəfinin öz ərazilərini həm diplomatik, həm də hərbi yolla işğaldan azad etmək kimi BMT xartiyası və beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində legitim hüququ hər zaman mövcud olub. Məhz Fransa tərəfinin də cəlb olunduğu vasitəçilik səylərinin heç bir nəticə verməməsi, Ermənistanın işğalçılıq siyasətinin qarşısının alınmaması Azərbaycanı öz torpaqlarını hərbi yolla azad etməsinə gətirib çıxardı.

Eynilə, antiterror tədbirlərinə qədər Azərbaycanın suveren ərazilərindən çıxarılmamış erməni silahlı qüvvələrinin və qondarma rejimin ləğv edilməsinin zəruri olduğu Azərbaycan tərəfindən bütün danışıqlar prosesində dəfələrlə vurğulanırdı. Bununla əlaqədar, Fransa Prezidentinin guya Azərbaycanın qeyri-qanuni separatçı rejimə qarşı güc tətbiq etməyəcəyi barədə söz verməsi iddialarının heç bir əsası yoxdur. Fransa Ermənistana yalan vədlər vermək əvəzinə, Ermənistana düzgün istiqamət versəydi, Azərbaycana qarşı olan təhdidi güc yolu ilə həll etməyə ehtiyac olmazdı və məsələ sülh yolu ilə həll olunardı.

Azərbaycana təzyiq edilməsinə çağıran Fransa tərəfinə xatırlatmaq istərdik ki, Azərbaycanla təzyiq dilində danışmaq mənasız və qəbuledilməzdir. Belə məsuliyyətsiz bəyanatlar vermək əvəzinə, Fransanın bölgəmizdə təcavüzkar Ermənistanın dəstəklənməsi və silahlanmasına yönəlmiş, bölgədə sülh və sabitliyə mane olan məkrli siyasətinə son qoyması daha faydalı olardı.

Azərbaycan erməni sakinlərin Azərbaycanın Konstitusiyası və qanunvericiliyi çərçivəsində reinteqrasiyası üçün müvafiq tədbirlər həyata keçirir və ölkəmiz hər zaman olduğu kimi, Ermənistanla qarşılıqlı şəkildə suverenlik və ərazi bütövlüyünə hörmət əsasında bölgəmizdə sülh quruculuğunda ən maraqlı tərəfdir”, - açıqlamada vurğulanıb. /qafqazinfo/






SON XƏBƏRLƏR
6-02-2024, 15:18
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 00:00
Azərbaycan cüdo tarixində İLK
1-02-2024, 23:56
Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı paylaşım edib - FOTO
1-02-2024, 23:49
Nazirlər Kabineti tam tərkibdə istefaya gedir
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:37
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
10-12-2023, 20:22
Könül Kərimovanın bu görüntüsü TƏNQİD EDİLDİ - FOTO
9-12-2023, 22:00
Yeni ildə 7 gün iş olmayacaq
9-12-2023, 21:55
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
9-12-2023, 21:48
Mətanət keçmiş gəlinini rüsvay etdi: “Gecə biz evdən çıxan kimi...” - ŞOK İTTİHAM
9-12-2023, 21:42
Yaşlı kişi toyda elə rəqs etdi ki... - VİDEO
9-12-2023, 21:35
Məni xəstə oğlunla evləndirdin ki... - Mətanətin keçmiş gəlinindən ŞOK SÖZLƏR
9-12-2023, 21:33
Aptekdə dərman almağa pulu çatmayan qadın ŞOKU YAŞADI - Bütün dünya göz yaşına BOĞULDU/VİDEO
9-12-2023, 21:29
Müəllimlərə ŞAD XƏBƏR: Vəzifə maaşları artırıldı
7-12-2023, 16:03
Zəlzələ neçə saniyə çəkib?
7-12-2023, 16:00
“Metro, ali təhsil müəssisələri, məktəb və uşaq bağçaları nəzarətə götürülüb”
7-12-2023, 15:56
Prezident seçkiləri ilə bağlı MSK-nın iclası keçiriləcək - Namizədlər irəli sürüləcək
7-12-2023, 15:51
Azərbaycanda 5,6 maqnitudalı zəlzələ olub - YENİLƏNİB-1
7-12-2023, 15:48
65 yaşı onu həbsdən qurtardı: Naxçıvan hava limanında insident
7-12-2023, 15:44
“Vəfaya ev də, bağ da, maşın da alıb” - VİDEO
7-12-2023, 15:38
Zəlzələ həyət evlərinin bahalaşmasına səbəb olacaq? - AÇIQLAMA
7-12-2023, 15:34
Aynur Dadaşova: “Deyirlər ki, kasıb olduğum üçün kasıbların toylarına gedirəm”
7-12-2023, 15:32
Çində yayılan "sirli xəstəlik" Rusiyaya çatdı: Bu uşaqlar risk altındadır

---