"Qaraçantada qalan məktəbli çantamı mütləq gedib axtaracam” - Video




      Bölmə: Gündəm Tarix: 28.10.2023 / 01:05

Bu gün "Baku Tv"də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.

RUPOR.AZ xəbər verir ki, “Arada 35 illik ayrılıq olsa da, doğma kəndimizə qayıdacağıq” adlı veriliş Qərbi Azərbaycanın Ağbaba-Şörəyel mahalının Amasiya rayonunun Qaraçanta kənd sakini Pərvanə İbrahimovanın həyat hekayəsinə həsr olunub.

Amasiya rayonu 1930-cu ildə təşkil olunub. Ağbaba-Şörəyel mahalında 21 min əhali yaşayıb ki, onun 18 mini məhz azərbaycanlılar olub. Rayonun ümumi 27 kəndi olub, onun 21-də azərbaycanlılar, 5-də ermənilər, rayon mərkəzində isə qarışıq yaşayıblar.

O, doğulub boya-başa çatdığı kəndin həyatından, uşaqlıq və məktəb illərindən danışıb və deyib ki, kəndləri Hülley dağının ətəyində yerləşib: “Kəndimiz 3 hissəyə bölünürdü. Bizim evimiz Orta məhəllədə yerləşirdi. Buz kimi bulaqlarımız var idi, oradan evimizə su aparırdıq".

Onun sözlərinə görə, Qaraçantada cəmi 11 il yaşayıb: “Mən 1988-ci ildə 3 ay 7 gün məktəbimizdə dərsə gedə bildim. Ona görə 11 yaşlı xatirələrim mənim üçün həm əziz, həm doğma və eyni zamanda, unudulmaz, daşlaşmış xatirələrdir və müqəddəsdir.

P.İbrahimova uşaq vaxtı oynadıqları oyunlardan, əriştə kəsimi mövsümündən, maraqlı toy adətlərindən, 5-6 metr uzunu olan sal daşların üstündə gəzməklərindən, təbii xına hazırlamaqlarından və Novruz bayramının xüsusi gözəlliyindən söz açıb.

Orta məktəbi heç vaxt unutmadığını və sinif otaqlarını daim yadında saxladığını deyən Qaraçanta sakini bildirib ki, əgər yenidən doğma kəndinə, Ağbaba-Şörəyel mahalına qayıtmaq imkanı olsa, Gümrünün yolu ilə gedib Çələb kəndindən öz kəndlərini uzun müddət tamaşa edər, qaça-qaça məktəbə gedər, sinif otağına baxar: “Kəndin qəbiristanlığında atamın nənəsinin məzarını, Seyidlər tayfasının gümbəzini ziyarət edərəm. Bizim bir çox nişanəmiz qalan ata evimizə gedərəm. Mənim orada məktəbli çantam da qaldı və mütləq gedib orada o çantamı axtararam”.

O deyib ki, 1988-ci ilin fevral ayından etibarən artıq dükanlara, mağazalara heç bir ərzaq gəlmirdi, vəziyyət get-gedə gərginləşirdi, yollar bağlanmışdı: “1988-ci il dekabrın 7-də Spitak zəlzələsi baş verdi. Ermənilərin başı öz işlərinə qarışdı. Belə bir vaxtda artıq yollar açıldı. Atam Gəncədən 2-3 ailəyə bir yük maşın gətirmişdi. Əşyalarımızın toplanması səhnəsi çox ağrılı idi. 1988-ci ilin dekabrın 12-də biz öz kəndimizdən çıxdıq, 6 saat Qaraxaç yolunda qaldıq. Altı saatdan sonra Gürcüstan yolu ilə Qazağa gəldik və sonra biz Gəncə şəhərində məskunlaşdıq”.

P.İbrahimova sonda ümidvar olduğunu bildirib ki, dünyada ocaqdan isti heç nə yoxdur: "Ermənilər bizim ocağımızı söndürdülər, amma ümidimizi söndürə bilmədilər. O ümid var və biz mütləq öz doğma kəndimizə qayıdacağıq, 11 yaşlı daşlaşmış Qaraçanta xatirələrimi daha yeni xatirələr əvəz edəcək”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin, Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş oktyabrın 27-də saat 19:30-da "Baku Tv"nin efirində və yutub kanalında yayımlanıb.






SON XƏBƏRLƏR
6-02-2024, 15:18
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 00:00
Azərbaycan cüdo tarixində İLK
1-02-2024, 23:56
Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı paylaşım edib - FOTO
1-02-2024, 23:49
Nazirlər Kabineti tam tərkibdə istefaya gedir
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:37
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
10-12-2023, 20:22
Könül Kərimovanın bu görüntüsü TƏNQİD EDİLDİ - FOTO
9-12-2023, 22:00
Yeni ildə 7 gün iş olmayacaq
9-12-2023, 21:55
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
9-12-2023, 21:48
Mətanət keçmiş gəlinini rüsvay etdi: “Gecə biz evdən çıxan kimi...” - ŞOK İTTİHAM
9-12-2023, 21:42
Yaşlı kişi toyda elə rəqs etdi ki... - VİDEO
9-12-2023, 21:35
Məni xəstə oğlunla evləndirdin ki... - Mətanətin keçmiş gəlinindən ŞOK SÖZLƏR
9-12-2023, 21:33
Aptekdə dərman almağa pulu çatmayan qadın ŞOKU YAŞADI - Bütün dünya göz yaşına BOĞULDU/VİDEO
9-12-2023, 21:29
Müəllimlərə ŞAD XƏBƏR: Vəzifə maaşları artırıldı
7-12-2023, 16:03
Zəlzələ neçə saniyə çəkib?
7-12-2023, 16:00
“Metro, ali təhsil müəssisələri, məktəb və uşaq bağçaları nəzarətə götürülüb”
7-12-2023, 15:56
Prezident seçkiləri ilə bağlı MSK-nın iclası keçiriləcək - Namizədlər irəli sürüləcək
7-12-2023, 15:51
Azərbaycanda 5,6 maqnitudalı zəlzələ olub - YENİLƏNİB-1
7-12-2023, 15:48
65 yaşı onu həbsdən qurtardı: Naxçıvan hava limanında insident
7-12-2023, 15:44
“Vəfaya ev də, bağ da, maşın da alıb” - VİDEO
7-12-2023, 15:38
Zəlzələ həyət evlərinin bahalaşmasına səbəb olacaq? - AÇIQLAMA
7-12-2023, 15:34
Aynur Dadaşova: “Deyirlər ki, kasıb olduğum üçün kasıbların toylarına gedirəm”
7-12-2023, 15:32
Çində yayılan "sirli xəstəlik" Rusiyaya çatdı: Bu uşaqlar risk altındadır

---