Məhbusların məzuniyyətə buraxılması qaydası açıqlandı




      Bölmə: Hadisə Tarix: 31.10.2023 / 23:44

Azərbaycanda qanunçuluq, demokratiya və humanizm prinsiplərinə, dünya təcrübəsinə əsaslanan ədliyyə sisteminin yaradılması istiqamətində aparılan islahatlar davam edir. Cəza-icra siyasəti humanistləşdirilərək məhkumların və təqsirləndirilən şəxslərin hüquq və imtiyazları genişləndirilir. Onların saxlanma şəraiti, qida, tibbi və digər təminatları yaxşılaşdırılır. Məhkumların əvvəllər də cəzaçəkmə müəssisələrinin hüdudlarından kənara çıxma praktikası olub. Hazırda isə mövcud qanunun daha da geniş formada tətbiq edilməsinə başlanılıb. Belə ki, ümumi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkən və ilk dəfə az ağır, böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunan, müsbət xarakterizə edilən, əməyə cəlb olunan məhkumların cəzalarının ən azı 1/3 hissəsini çəkdiyi təqdirdə 7 günədək ailə üzvlərinin yaşadığı ünvana, yəni məzuniyyətə buraxıla bilər.

RUPOR.AZ xəbər verir ki, bu barədə Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namik Həsənov Azərtac-a açıqlamasında deyib.

O, məhkumların məzuniyyətə buraxılması praktikası haqqında danışıb:

"Məhkumların cəzaçəkmə müəssisələrindən kənara çıxması ilk deyil. Belə ki, müsbət davranışlı azyaşlıların həvəsləndirmə qaydasında ölkə ərazisində keçirilən mədəni-kütləvi, idman tədbirlərində iştirakını, eyni zamanda, şəhər gəzintisinə çıxarılmalarını təmin etmək məqsədilə onlar müəssisə hüdudlarından çıxıblar. Həmçinin az ağır və böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olan məhbuslar qohumluq borclarını yerinə yetirməsi ilə əlaqədar ailə üzvlərinin dəfn və yas məclislərində iştirak etmələri üçün müəssisə hüdudlarından kənara buraxılıblar. Hazırda isə bu qanun daha geniş formada tətbiq edilir. Məzuniyyət səfərlərinə yalnız ölkə ərazisi hüdudlarında icazə verilir. Bu zaman yola sərf olunan iki gün nəzərə alınmır".

Namik Həsənov məhkumların və təqsirləndirilən şəxslərin hüquq və imtiyazlarının genişləndirilməsi, saxlanma şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən bu cür islahatların gələcəkdə də davam edəcəyini diqqətə çatdırıb. /azxeber.com/






SON XƏBƏRLƏR
6-02-2024, 15:18
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 00:00
Azərbaycan cüdo tarixində İLK
1-02-2024, 23:56
Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı paylaşım edib - FOTO
1-02-2024, 23:49
Nazirlər Kabineti tam tərkibdə istefaya gedir
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:37
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
10-12-2023, 20:22
Könül Kərimovanın bu görüntüsü TƏNQİD EDİLDİ - FOTO
9-12-2023, 22:00
Yeni ildə 7 gün iş olmayacaq
9-12-2023, 21:55
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
9-12-2023, 21:48
Mətanət keçmiş gəlinini rüsvay etdi: “Gecə biz evdən çıxan kimi...” - ŞOK İTTİHAM
9-12-2023, 21:42
Yaşlı kişi toyda elə rəqs etdi ki... - VİDEO
9-12-2023, 21:35
Məni xəstə oğlunla evləndirdin ki... - Mətanətin keçmiş gəlinindən ŞOK SÖZLƏR
9-12-2023, 21:33
Aptekdə dərman almağa pulu çatmayan qadın ŞOKU YAŞADI - Bütün dünya göz yaşına BOĞULDU/VİDEO
9-12-2023, 21:29
Müəllimlərə ŞAD XƏBƏR: Vəzifə maaşları artırıldı
7-12-2023, 16:03
Zəlzələ neçə saniyə çəkib?
7-12-2023, 16:00
“Metro, ali təhsil müəssisələri, məktəb və uşaq bağçaları nəzarətə götürülüb”
7-12-2023, 15:56
Prezident seçkiləri ilə bağlı MSK-nın iclası keçiriləcək - Namizədlər irəli sürüləcək
7-12-2023, 15:51
Azərbaycanda 5,6 maqnitudalı zəlzələ olub - YENİLƏNİB-1
7-12-2023, 15:48
65 yaşı onu həbsdən qurtardı: Naxçıvan hava limanında insident
7-12-2023, 15:44
“Vəfaya ev də, bağ da, maşın da alıb” - VİDEO
7-12-2023, 15:38
Zəlzələ həyət evlərinin bahalaşmasına səbəb olacaq? - AÇIQLAMA
7-12-2023, 15:34
Aynur Dadaşova: “Deyirlər ki, kasıb olduğum üçün kasıbların toylarına gedirəm”
7-12-2023, 15:32
Çində yayılan "sirli xəstəlik" Rusiyaya çatdı: Bu uşaqlar risk altındadır

---