Universitetlərin Xankəndində filiallarının açılması təklifinə DEPUTATLARDAN REAKSİYA




      Bölmə: Gündəm Tarix: 03.11.2023 / 10:03

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işlərinin reallaşdırılmasına, Qarabağın bərpasına töhfə vermək məqsədilə Qarabağda UNEC-in filialının açılmasını təklifi ilə çıxış edib. Bu barədə Universitetin rektoru Ədalət Muradov məlumat verib. Rektor bildirib ki, hazırda UNEC-in Zaqatalada, eyni zamanda, Rusiya Federasiyasının Dərbənd şəhərində filialları fəaliyyət göstərir:

"Filialların yaradılması və idarəedilməsi ilə bağlı İqtisad Universitetinin zəngin təcrübəsi və uğurlu təhsil modeli var. Bu təcrübəni nəzərə alaraq, UNEC Qarabağda filialının yaradılması istiqamətində zəruri tədbirləri həyata keçirməyə hazırdır".

UNEC rektorunun təklifi təqdirəlayiqdir. Təsadüfi deyil ki, təklif ictimaiyyət tərəfindən də maraqla qarşılanıb. Çünki Qarabağda, xüsəsən də Xankəndidə demoqrafik vəziyyəti sağlamlaşdırmaq üçün ali təhsil müəssisələrinin və elm mərkəzlərinin bu ərazilərə köçürülməsi çox vacibdir. Üstəlik ali məktəblərin bir qisminin Xankəndinə və digər ərazilərə köçürülməsi Bakıdakı demoqrafik vəziyyətə də müsbət təsir edər, paytaxtın yükü xeyli azalar.

Hər zaman Şuşa musiqimizin beşiyi, mədəniyyətimizin mərkəzi olub. Xankəndini də ölkəmizin yeni elm mərkəzinə çevrilmək bu baxımdan heç də pis olmazdı.

Məsələ ilə bağlı bəzi millət vəkillərinin də fikirlərini öyrəndik:

“Soydaşlarımızın Xankəndidə yaşamasına çox az qalıb”

Hikmət Babaoğlu qeyd edib ki, UNEC-in rektoru Ədalət Muradovun təklifi qiymətli təşəbbüsdür:

“Təhsil ocaqlarımızın bir hissəsinin Xankəndinə köçürülməsi bu gün üçün zəruri bir tələbata çevrilib. Bu həm Qarabağdakı ali təhsil ənənələrinin yenidən dirçəldilməsi, həm də Qarabağda milli inkişafımızın yeni mərhələsində təhsilin də xüsusi bir yer alması üçün də zəruri bir addım olardı. Əlbəttə ki, Xankəndidə soydaşlarımızın yaşamasına çox az qalıb. Belə olan halda Qarabağ, Şərqi Zəngəzur və Gəncəbasar zonaları üçün yeni bir təhsil mərkəzinin yaradılmasına ehtiyac var.

Bu imkan verər ki, Xankəndidə yeni keyfiyyətdə, müasir çağırışlara cavab verəcək ali və orta ixtisas müəssisələri yaradılsın. Düşünürəm ki, bu Azərbaycan ictimaiyyəti tərəfindən də çox böyük rəğbətlə qarşılanar. Ədalət müəllimin təklifinə yəqin ki, digər universitetlər də qoşulacaq. Hətta Xankəndidə Beynəlxalq universitetlər və elmi tədqiqat mərkəzləri də qurmaq olar”.

“Xankəndinin çox böyük infrastruktur imkanları var”

Elman Nəsirov isə bildirib ki, Xankəndidə yeni təhsil və elm mərkəzləri yaratmaq olar:

“Yəqin ki, Ədalət Muradovun bu təklifinin iqtisadi və elmi əsasları var. Mən də hesab edirəm ki, Xankəndidə bu Universitetin filialın açılması müsbət hadisə olardı. Bakıdakı universitetlərin yükünün azaldılması maraqlı təklifdir.

Amma hər şeyin zamana ehtiyacı var. Hələki erməni revanşistlər üçüncü Qarabağ müharibəsindən danışırlar. Xankəndidə də az da olsa ermənilər yaşayır. Ona görə bu məsələdə tələsmək lazım deyil. Bununla belə Qarabağın mərkəzi olan Xankəndinin çox böyük infrastruktur imkanları var. Gələcəkdə bu imkanlardan yararlanaraq yeni təhsil və elm mərkəzləri yaratmaq olar”.

“Xankəndidə bir silikon vadisi də yaratmaq olar”

Etibar Əliyev isə bildirib ki, universitetlərin bir qismi Bakıdan Xankəndinə köçürülməsi yaxşı olardı:

“UNEC rektorunun belə bir təşəbbüslə çıxış etməsi başa düşüləndir. Amma mən düşünürəm ki, Xankəndidə təkcə universitetlərin filialları yox, həm də yeni ali məktəblər, elm mərkəzləri, ən başlıcası isə peşə yönümlü müəssislələr yaradılmalıdır. Xankəndidə bir silikon vadisi də yaratmaq olar. Burada yüksək peşəkarlığa malik İKT mütəxəssisləri hazırlanar. Bu bütün dünyada geniş yayılmış bir istiqamətdir.

Yaxşı olar ki, universitetlərin bir qismi Bakıdan Xankəndinə köçürülsün. İmkan var ki, universitetlər üçün Xankəndidə böyük kampuslar və yataqxanalar inşa edilsin. İşğaldan azad olunmuş ərazilərimizin canlanması üçün tədris müəssisələrinin, tədqiqat mərkəzlərinin Qarabağa köçürülməsi alqışalayiq haldır”. /bizim.media/






SON XƏBƏRLƏR
6-02-2024, 15:18
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 00:00
Azərbaycan cüdo tarixində İLK
1-02-2024, 23:56
Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı paylaşım edib - FOTO
1-02-2024, 23:49
Nazirlər Kabineti tam tərkibdə istefaya gedir
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:37
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
10-12-2023, 20:22
Könül Kərimovanın bu görüntüsü TƏNQİD EDİLDİ - FOTO
9-12-2023, 22:00
Yeni ildə 7 gün iş olmayacaq
9-12-2023, 21:55
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
9-12-2023, 21:48
Mətanət keçmiş gəlinini rüsvay etdi: “Gecə biz evdən çıxan kimi...” - ŞOK İTTİHAM
9-12-2023, 21:42
Yaşlı kişi toyda elə rəqs etdi ki... - VİDEO
9-12-2023, 21:35
Məni xəstə oğlunla evləndirdin ki... - Mətanətin keçmiş gəlinindən ŞOK SÖZLƏR
9-12-2023, 21:33
Aptekdə dərman almağa pulu çatmayan qadın ŞOKU YAŞADI - Bütün dünya göz yaşına BOĞULDU/VİDEO
9-12-2023, 21:29
Müəllimlərə ŞAD XƏBƏR: Vəzifə maaşları artırıldı
7-12-2023, 16:03
Zəlzələ neçə saniyə çəkib?
7-12-2023, 16:00
“Metro, ali təhsil müəssisələri, məktəb və uşaq bağçaları nəzarətə götürülüb”
7-12-2023, 15:56
Prezident seçkiləri ilə bağlı MSK-nın iclası keçiriləcək - Namizədlər irəli sürüləcək
7-12-2023, 15:51
Azərbaycanda 5,6 maqnitudalı zəlzələ olub - YENİLƏNİB-1
7-12-2023, 15:48
65 yaşı onu həbsdən qurtardı: Naxçıvan hava limanında insident
7-12-2023, 15:44
“Vəfaya ev də, bağ da, maşın da alıb” - VİDEO
7-12-2023, 15:38
Zəlzələ həyət evlərinin bahalaşmasına səbəb olacaq? - AÇIQLAMA
7-12-2023, 15:34
Aynur Dadaşova: “Deyirlər ki, kasıb olduğum üçün kasıbların toylarına gedirəm”
7-12-2023, 15:32
Çində yayılan "sirli xəstəlik" Rusiyaya çatdı: Bu uşaqlar risk altındadır

---