Hər nazirlik özü üçün xidmət haqqı müəyyən edə bilməz - Həsənquliyev




      Bölmə: İqtisadiyyat Tarix: 14.11.2023 / 13:00

10 milyon əhalisi olan ölkə üçün 34 milyard manat gəlirləri olan büdcə olduqca kiçikdir. Bu büdcənin də çox hissəsi Dövlət Neft Fondundan transfertdir. Dövlət Neft Fondundan transfertlər çıxılarsa, 2024-cü ilin büdcəsi 2022-ci illə müqayisədə azdır. İqtisadiyyatımızın neft gəlirlərindən asılılığına son qoyulması üçün ciddi islahatları həyata keçirməliyik. Sanki durğunluq dövrünə qədəm qoymuşuq.

RUPOR.AZ xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.

Deputat qeyd edib ki, azad edilmiş ərazilərdə tenderlər keçirilmədən milyardlarla manatlıq satınalmalar həyata keçirilir:

“Dövlət müəssisələri, xəstəxanalar özəlləşdirilməlidir. Qanunların aliliyi təmin edilməsə, İqtisadiyyat Nazirliyinin səyləri nəticə verməyəcək. Sabit Vergi Məcəlləsi olmalıdır. Hər bir nazirlik özü üçü xidmət haqqı müəyyən edə bilməz. Vergiləri tez-tez dəyişməklə güclü iqtisadiyyat yaratmaq olmaz. Biz tezliklə Ümumdünya Ticarət Təşkilatına qoşulmalıyıq”.

Millət vəkili bildirib ki, büdcəyə əlavə vəsait cəlb edə biləcəyimiz sahələrdən biri tikinti sektorudur:

“Bakıda 1000-ə qədər qəzalı bina olduğu bildirilir. Amma sahibkarlar bina tikmək üçün yer tapmır, xaricə üz tuturlar. Kimlərsə bu yerləri alıb, amma tikmirlər. Nə qədər insan mənzil şəraitini yaxşılaşdırmaq, yaxud övladına, nəvəsinə yeni mənzil almaq istəyir”. Deputatın sözlərinə görə, qəzalı binaların söküntüsü məsələsi gündəmdə olsa da, təqdim olunan sənədlərdə təhriflərə yol verilir: “Tarixi tikililər olan ərazidə, qəzalı bina olmayan yerdə yeniləri tikilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi rəy Bakı Şəhər İcra Hakimiyyətinin rəyindən fərqlidir. Tikintiyə icazə vermək səlahiyyəti seçkili orqan olan bələdiyyələrə verilməlidir. Bu, bütün dünyada belədir”.  /teleqraf.com/






SON XƏBƏRLƏR
Dünən, 20:22
Könül Kərimovanın bu görüntüsü TƏNQİD EDİLDİ - FOTO
9-12-2023, 22:00
Yeni ildə 7 gün iş olmayacaq
9-12-2023, 21:55
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
9-12-2023, 21:48
Mətanət keçmiş gəlinini rüsvay etdi: “Gecə biz evdən çıxan kimi...” - ŞOK İTTİHAM
9-12-2023, 21:42
Yaşlı kişi toyda elə rəqs etdi ki... - VİDEO
9-12-2023, 21:35
Məni xəstə oğlunla evləndirdin ki... - Mətanətin keçmiş gəlinindən ŞOK SÖZLƏR
9-12-2023, 21:33
Aptekdə dərman almağa pulu çatmayan qadın ŞOKU YAŞADI - Bütün dünya göz yaşına BOĞULDU/VİDEO
9-12-2023, 21:29
Müəllimlərə ŞAD XƏBƏR: Vəzifə maaşları artırıldı
7-12-2023, 16:03
Zəlzələ neçə saniyə çəkib?
7-12-2023, 16:00
“Metro, ali təhsil müəssisələri, məktəb və uşaq bağçaları nəzarətə götürülüb”
7-12-2023, 15:56
Prezident seçkiləri ilə bağlı MSK-nın iclası keçiriləcək - Namizədlər irəli sürüləcək
7-12-2023, 15:51
Azərbaycanda 5,6 maqnitudalı zəlzələ olub - YENİLƏNİB-1
7-12-2023, 15:48
65 yaşı onu həbsdən qurtardı: Naxçıvan hava limanında insident
7-12-2023, 15:44
“Vəfaya ev də, bağ da, maşın da alıb” - VİDEO
7-12-2023, 15:38
Zəlzələ həyət evlərinin bahalaşmasına səbəb olacaq? - AÇIQLAMA
7-12-2023, 15:34
Aynur Dadaşova: “Deyirlər ki, kasıb olduğum üçün kasıbların toylarına gedirəm”
7-12-2023, 15:32
Çində yayılan "sirli xəstəlik" Rusiyaya çatdı: Bu uşaqlar risk altındadır
4-12-2023, 16:59
Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ - Güclü külək, qar...
4-12-2023, 16:48
Nikahdan öncə cütlüklər psixoloji testdən keçməlidir? – Deputatdan maraqlı AÇIQLAMA
4-12-2023, 16:44
Xalq artisti Röya: “Dostumun evində də qaldım, paltarını da geyindim” – VİDEO
4-12-2023, 16:39
Dünya “donur”: 100 ilin ən soyuq qışı
4-12-2023, 16:28
Qızılca ilə bağlı pandemiya təhlükəsi var? – Nazirdən AÇIQLAMA
4-12-2023, 16:22
Son günlər hava niyə isti keçir?
4-12-2023, 16:17
30 il Qarabağı qarət etdik, qızıllar hardadır?
3-12-2023, 20:13
Moskvada Sibir soyuğu olacaq

---