“Qızının toyu olan gün oğlu qəzada həlak oldu, amma toyu saxlamadı” - FOTOLAR




      Bölmə: Şou Tarix: 25.11.2023 / 11:02

“Mən hələ uşaq idim, Əfsər Cavanşirovun “Bənövşə” uşaq xorunda oxuyurdum. Nisə xanım Qasımova Ceyran Haşımovaya demişdi ki, mənim bir rəfiqəm var, çox istəyirəm ki, o, bu ansambla gəlsin. Mən gəldim, səhnəyə çıxıb oxuyanda ağlamağa başladım. Ceyran müəllim dedi ki, niyə ağlayırsan? Qarşımda o qədər böyük sənətkar var idi ki, utandığımdan ağlayırdım. Qorxurdum. Həm də bu mənim daxili abır-həyam idi. Öz-özümə deyirdim ki, Firuzə, özünü yığışdır, yaxşı oxu. Müğənnilərin sayı artsa da, mahnıların keyfiyyəti azalıb. Mənə elə gəlir ki, yaxın 10 ildə hamı retro mahnılar oxuyacaq. Bu gün nədənsə müğənninin səhnə həyatı yox, səhnəarxası həyatı hamıya maraqlıdır”.

Rupor.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Firuzə İbadova deyib.

O daha sonra əlavə edib:

“Deməzdim ki, çox böyük sənətim var. Özümə görə balaca da olsa, sənətim var. O illərdə bir müddət sənətdən uzaqlaşdım. Çox böyük sənətkarlarımız mənə zəng edirdilər ki, sənətə qayıt. Bir çoxları elə bilirdi ki, Azərbaycandan köçmüşəm, burada yoxam. Mən sənətsiz qala bilməzdim. İlhamə Quliyeva ağır günlərimdə mənə bir bacı kimi dəstək olub. Onun yeri görünür. Bəzən deyirlər ki, İlhamə xanımdan hamı qorxurdu. Mən belə deməzdim. O qorxunun özündə də bir hörmət olur. İlhamə xanım olduqca gözəl insan idi, xarakteri var idi”.

Müğənni toylarla bağlı efiraf da edib.

“Uzun illərdir toylara gedirik. Elə hallar olub ki, problemlərimə görə toyda üzüm gülməyib. Mahnı oxumuşam, gözümdən leysan axıb. Sonra öz-özümə düşünmüşəm ki, toy ömürdə bir dəfə olur. Mənim ixtiyarım yoxdur ki, kiminsə toyunda sifət edib oturum. Tez özümü yığışdırmışam. Ansamblın uşaqları da, Cavanşir müəllim də mənə dəstək olub”- o bildirib.

Firuzə İbadova daha sonra bir faktı da açıqlayıb:

“Rəşid Behbudov Azərbaycan musiqisinin səfiri idi. Mahnı teatrı ilə birlikdə qastrol səfərlərinə gedəndə hamı Rəşid müəllimi böyük heyranlıqla izləyirdi. Sənətkarlar bizim tariximizdir. Bizim musiqimiz də valehedicidir. Bizim xəzinəmizdir. Xuraman Abbasova adlı Sosialist Əməyi qəhrəmanı var idi. Allah ona rəhmət etsin. O vaxt hamı bu qadının iradəsindən danışıb onu misal çəkirdi. Qızının toyu olan günü oğlu qəzada həlak oldu. Həmin qadın o toyu saxlamayıb. Deyib ki, aparın oğlumu qoyun həyətə, toyu yola verəndən sonra onun dəfninə başlayacağıq. Ananın ürəyinə baxın. Azərbaycanın igid anası budur. Xuraman xanım Qarabağlı qızı idi. Görün o milli dəyərlərimizə nə qədər sahib çıxmağı bacarırdı” deyə müğənni bildirib.







SON XƏBƏRLƏR
6-02-2024, 15:18
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 00:00
Azərbaycan cüdo tarixində İLK
1-02-2024, 23:56
Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı paylaşım edib - FOTO
1-02-2024, 23:49
Nazirlər Kabineti tam tərkibdə istefaya gedir
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:37
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
10-12-2023, 20:22
Könül Kərimovanın bu görüntüsü TƏNQİD EDİLDİ - FOTO
9-12-2023, 22:00
Yeni ildə 7 gün iş olmayacaq
9-12-2023, 21:55
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
9-12-2023, 21:48
Mətanət keçmiş gəlinini rüsvay etdi: “Gecə biz evdən çıxan kimi...” - ŞOK İTTİHAM
9-12-2023, 21:42
Yaşlı kişi toyda elə rəqs etdi ki... - VİDEO
9-12-2023, 21:35
Məni xəstə oğlunla evləndirdin ki... - Mətanətin keçmiş gəlinindən ŞOK SÖZLƏR
9-12-2023, 21:33
Aptekdə dərman almağa pulu çatmayan qadın ŞOKU YAŞADI - Bütün dünya göz yaşına BOĞULDU/VİDEO
9-12-2023, 21:29
Müəllimlərə ŞAD XƏBƏR: Vəzifə maaşları artırıldı
7-12-2023, 16:03
Zəlzələ neçə saniyə çəkib?
7-12-2023, 16:00
“Metro, ali təhsil müəssisələri, məktəb və uşaq bağçaları nəzarətə götürülüb”
7-12-2023, 15:56
Prezident seçkiləri ilə bağlı MSK-nın iclası keçiriləcək - Namizədlər irəli sürüləcək
7-12-2023, 15:51
Azərbaycanda 5,6 maqnitudalı zəlzələ olub - YENİLƏNİB-1
7-12-2023, 15:48
65 yaşı onu həbsdən qurtardı: Naxçıvan hava limanında insident
7-12-2023, 15:44
“Vəfaya ev də, bağ da, maşın da alıb” - VİDEO
7-12-2023, 15:38
Zəlzələ həyət evlərinin bahalaşmasına səbəb olacaq? - AÇIQLAMA
7-12-2023, 15:34
Aynur Dadaşova: “Deyirlər ki, kasıb olduğum üçün kasıbların toylarına gedirəm”
7-12-2023, 15:32
Çində yayılan "sirli xəstəlik" Rusiyaya çatdı: Bu uşaqlar risk altındadır

---