Azərbaycanda nişanlısını maşınla evə ötürən oğlanı döydülər: “Get silahı gətir…”




      Bölmə: Hadisə Tarix: 29.08.2023 / 22:48

Şirvan şəhərində 1994-cü il təvəllüdlü Namiq Sənəmə (adlar şərti verilib – red.) xəsarət yetirib, xuliqanlıq hərəkətləri edib.

RUPOR.AZ bildirir ki, teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə ötən il oktyabrın 21-də baş verib.

Namiq həmin gün saat 22 radələrində küçədə Sənəmlə heç bir səbəb olmadan mübahisə edib. Sənəmin və ailə üzvlərinin ünvanına ucadan nalayiq ifadələr işlədib, onun sinəsindən dirsəklə vurub.

Bundan sonra Sənəmin yaşadığı evin həyətinə girib, həyətyanı sahəsindəki yardımçı tikilinin plastik materialdan və şüşədən ibarət olan giriş qapısına yumruq-təpiklə vurub. Sənəmə 200 manat məbləğində maddı ziyan dəyib.

İstintaq orqanı tərəfindən Namiqin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Namiq ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, oktyabrın 21-də saat 21 radələrində nişanlısı Səmanı evlərinə aparıb: “Nişanlımın yaşadığı evə çatmamış idarə etdiyim “Mercedes” asfalt yoldan torpaq yola düşən zaman toz yarandı. Bu vaxt hasarın yanında dayanan adını sonradan bildiyim Vüqarın mənə baxdığını gördüm. O, mənə maşında olan nişanlımı düşürdükdən sonra yanına gəlməyimi dedi.

Nişanlımı evlərinə apardıqdan sonra piyada geri qayıtdım. Vüqara onunla heç bir düşməçiliyimin olmadığını bildirdim, onu qəsdən toza basmadığımı dedim. O, cavab vermədən sol qulaq nahiyəmə yumruqla vurdu.

Vüqarı tutduqdan sonra onu vurmaq istəmədiyimi bildirdim, sərbəst buraxdım. Bu zaman Vüqar burnuma da yumruqla zərbə vuraraq qaçdı. Maşınıma əyləşdim, onun getdiyi istiqamətə hərəkət etdim. Bu zaman Sənəm adlı yaşlı qadının evdən çıxaraq küçəyə zibil atmağa getdiyini gördüm. Maşının pəncərəsindən “sizin oğlunuz idimi məni döyüb qaçan” dedim. Qadın da oğlunun məni döymədiyini söylədi. 

Vüqarla aramızda mübahisə olan zaman nişanlım anama məlumat verdiyi üçün o, mənə zəng edərək harada olduğumu soruşdu. Anama hadisə barədə məlumat verdim, olduğum yeri dedim”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, bir neçə dəqiqə sonra Sənəmin oğlu Vüsal evdən küçəyə çıxıb: “Vüsala başıma gələn hadisəni danışdım. Vüsal da mənimlə aqressiv danışmağa başladı. Daha sonra anam və qardaşım yanımıza gəldilər. Həmin vaxt çox əsəbiləşdim. Ola bilsin, özümün də xəbərim olmadan dirsəyim Sənəmin sinəsinə dəydi. Hadisə vaxtı Vüsal hardansa tüfəng götürdü və mənim hədələyərək həyətdən çıxmağımızı tələb etdi. Vüsalın ailə üzvləri onun əlindəki tir tüfəngini almağa çalışdı. Həmin vaxt kimsə polisə məlumat verdi və bir neçə dəqiqə sonra hadisə yerinə polis əməkdaşları gəldilər. İzahat alınması üçün bizi və qarşı tərəfi polis şöbəsinə dəvət etdilər”. 

İş üzrə zərərçəkmiş Sənəmin sözlərinə görə, oktyabrın 21-də saat 21 radələrində yaşadığı evinin həyətində olan zaman darvazanın döyüldüyünü eşidib: “Qapını açanda adını sonradan bildiyim Namiq adlı şəxs Vüqarın bizim evimizdə yaşayıb-yaşamadığını soruşdu. Ona bizdə Vüqar adlı adam yaşamadığını bildirdim. Namiq darvazadan uzaqlaşdı. 

Darvazanın arxasını bağlayaraq evə getmək istəyəndə yenidən darvaz döyüldü. Qapını açanda Namiq həyətə daxil oldu və nalayiq sözlər işlətdi. Həmin vaxt oğlum Vüsal da səsə yuxudan oyanaraq həyətə düşdü. Həyətdəki əl evinin qapısını açmaq istəyən Namiq yumruq və təpiklə qapıya zərbələr vurdu. Qapının şüşəsi sınaraq yerə töküldü. 

Namiq yenə də mənim və oğlumun ünvanına heç bir səbəb olmadan yüksək səslə nalayiq sözlər işlətdi. Həmin vaxt küçəmizdə ikinci avtomobil dayandı. Avtomobildən Namiqin anası, qardaşı və adlarını bilmədiyim 2 nəfər düşdü. Onlar küçəyə açılan darvazalarından həyətlərinə daxil oldular. Namiq uca səslə yenə də mənim və oğlumu söyüb təhqir etməyə başladı. Namiqin qarşısına keçərək yalvardım, irəli getməsinin qarşını almaq istədim. Bu zaman o, dirsəyi ilə sinəmə möhkəm zərbə vuraraq xəsarət yetirdi”. 

Sənəm qeyd edib ki, səs-küyə gəlini və nəvələri də yuxudan oyanıblar: “Onlar hadisənin şokundan həyəcanlanaraq ürəkləri sıxıldı, yerə yıxıldılar. Namiqin anası və oğlanlarının həyətdən çıxmadığını görən oğlum Vüsal nəvəmə dedi ki, get silahı gətir, bunları rədd edəcəm. Bundan sonra onlar həyəti tərk edərək küçəyə çıxdılar. Oradan yenidən bizi uca səslə söydülər. Bu zaman təcili tübbi yardım maşını və polis əməkdaşları yaxınlaşdılar. Vüsal evdən tır tüfəngini gətirərək polislərə verdi”. 

Bu cinayət işinə Şirvan şəhər Məhkəməsində baxılıb. 

Namiq 2300 manat cərimə edilib.






SON XƏBƏRLƏR
6-02-2024, 15:18
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 00:00
Azərbaycan cüdo tarixində İLK
1-02-2024, 23:56
Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı paylaşım edib - FOTO
1-02-2024, 23:49
Nazirlər Kabineti tam tərkibdə istefaya gedir
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:37
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
10-12-2023, 20:22
Könül Kərimovanın bu görüntüsü TƏNQİD EDİLDİ - FOTO
9-12-2023, 22:00
Yeni ildə 7 gün iş olmayacaq
9-12-2023, 21:55
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
9-12-2023, 21:48
Mətanət keçmiş gəlinini rüsvay etdi: “Gecə biz evdən çıxan kimi...” - ŞOK İTTİHAM
9-12-2023, 21:42
Yaşlı kişi toyda elə rəqs etdi ki... - VİDEO
9-12-2023, 21:35
Məni xəstə oğlunla evləndirdin ki... - Mətanətin keçmiş gəlinindən ŞOK SÖZLƏR
9-12-2023, 21:33
Aptekdə dərman almağa pulu çatmayan qadın ŞOKU YAŞADI - Bütün dünya göz yaşına BOĞULDU/VİDEO
9-12-2023, 21:29
Müəllimlərə ŞAD XƏBƏR: Vəzifə maaşları artırıldı
7-12-2023, 16:03
Zəlzələ neçə saniyə çəkib?
7-12-2023, 16:00
“Metro, ali təhsil müəssisələri, məktəb və uşaq bağçaları nəzarətə götürülüb”
7-12-2023, 15:56
Prezident seçkiləri ilə bağlı MSK-nın iclası keçiriləcək - Namizədlər irəli sürüləcək
7-12-2023, 15:51
Azərbaycanda 5,6 maqnitudalı zəlzələ olub - YENİLƏNİB-1
7-12-2023, 15:48
65 yaşı onu həbsdən qurtardı: Naxçıvan hava limanında insident
7-12-2023, 15:44
“Vəfaya ev də, bağ da, maşın da alıb” - VİDEO
7-12-2023, 15:38
Zəlzələ həyət evlərinin bahalaşmasına səbəb olacaq? - AÇIQLAMA
7-12-2023, 15:34
Aynur Dadaşova: “Deyirlər ki, kasıb olduğum üçün kasıbların toylarına gedirəm”
7-12-2023, 15:32
Çində yayılan "sirli xəstəlik" Rusiyaya çatdı: Bu uşaqlar risk altındadır

---