"O səs Türkiyə"nin münsifləri dəyişir - Murat Boz və Hadise incidi


  • 10:23 / 30 05 2020 |
  • Bölmə: Mədəniyyət və Şou


Show TV kanalının rəhbəri Acun Ilıcalı jurnalist Cüneyt Özdemirin "Youtube"'da yayımlanan proqramında qonaq olarkən 'O səs Türkiyə' yarışmasının münsiflər heyətini dəyişəcəyi mesajını verib. 

"Rupor" Hurriyet.com saytına istanadən xəbər verir ki, məşhur prodüser belə deyib: "Bu il münsiflər heyətində dəyişiklik edəcəyik. Mən 4 münsifin hamısına aşiqəm, hamısı qiymətlidir və onları sevirəm. Ancaq tamaşaçılar da dəyişikliyi sevirlər".

Acun Ilıcalının bu açıqlamasından sonra münsif kürsüsündə əyləşən Beyazıt Öztürk, Seda Sayan, Hadise və Murat Boz İnstaqramdakı paylaşımları ilə diqqət çəkdilər.

Murat Boz yarışmada çəkilən fotolardan birini sosial media hesabındakı hekayə bölməsinə əlavə etdi. Hadise fotoya "Murat Boz üslubu" ifadəsi ilə reaksiya göstərdi. 

Hər iki sənətçinin münsif heyətindən getməsinə etiraz edən şərhlər yazdılar. 








Oxşar xəbərlər